Biznes analitik

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Layihəyə dair  müştəri ilə görüşlərin keçirilməsi və tələbləri müəyyən edilməsi;
  • Tələblərin analiz edilməsi, optimallaşdırılması, əsas və alternativ yanaşmaların (modellərin) müyyən edilməsi, müştəri ilə razılaşdırılması;
  • Layihə ilə əlaqəli mövcud qanunvericiliyə dair sənədlərin analiz edilməsi;
  • Biznes proseslərin diaqram və sxemlər əsasında vizual təsvir edilməsi;
  • Səhifə eskizlərinin hazırlanması;
  • Analiz sənədi və texniki tapşırığın hazırlanması;
  • Risklərin müəyyən edilməsi, ölçümü və nəzarətin aparılması;
  • İşlərin keyfiyyətinə, zamanına, büdcəsinə nəzarət prosesində iştirak etmək.
  • Tələblər üzrə prioritetlərin müəyyən edilməsi və “tapşırıqlar hovuzunun” formalaşdırılması;
  • Layihəyə dair ümumi icra planının hazırlanması və  milestone-larin müəyyən edilməsi;
  • Mövcud informasiya sistemlərinə dəstəyin verilməsi, yeni formalaşan tələblərin tətbiqi;
  • Tərəflər üçün müxtəlif növ hesabatların hazırlanması;
  • Gündəlik SCRUM görüşlərdə iştirak etmək, tapşırıqların müzakirəsi;
  • Hazırlanan səhifə və funksionallıqların ilkin testinin aparılması;
  • Təlimlərin verilməsi;
  • Təqdimatların hazırlanması;
  • İstifadəçi təlimatlarının hazırlanması.

Tələblər:

  • Ali təhsil (Biznes inzibatçılığı və İT sahəsində təhsilə üstünlük verilir);
  • Yüksəs analitik təhlil və doğru tələb formalaşdırma bacarığı;
  • Operativ qərarvermə bacarığı və punktuallıq;
  • Fikrini dəqiq, dolğun və səlis təqdim etmə bacarığı;
  • UML tərtbibatı alətləri ilə iş təcrübəsi;
  • Eskiz (wireframe) tərtbibatı alətləri ilə iş təcrübəsi;
  • SCRUM bilikləri və komanda ilə iş təcrübəsi;
  • MS Office proqramları ilə iş təcrübəsi (irəli səviyyə Excel biliyi üstünlükdür);
  • SQL bilikləri (təməl səviyyə);
  • Dil bilikləri: Azərbaycan dili (əla) | İngilis dili (texniki) | Rus dili arzuolunandır;
  • Proqram təminatı layihələrində minimum 2 il biznes analitik və yaxud məhsul sahibi kimi iş təcrübəsi;
  • Proqram təminatının hazırlanması mərhələləri və onlara dair biliklər;
  • Müasir texnologiyalar və trendlərdən xəbərdar olmaq;
  • Müxtəlif düşüncə və dünya görüşünə malik insanlarla yazılı, şifahi ünsiyyət qurmaq bacarığı.

Sizə nə təklif edirik?

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 15 iyun 2022-ci il tarixinədək elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznes analitik” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Email: [email protected]

İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tərəfindən digər vakansiyalar