İşin təsviri
ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
- Mövcud “Firewall”-ları və digər şəbəkə avadanlıqlarını idarə etmək;
- Şəbəkə təhlükəsizliyini təmin etmək;
- Remote access (VPN), Site to site (IPSec VPN) bağlantılarını qurmaqdır.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilə;
- Paloalto Network Firewall-a işləmə bacarığına;
- Cisco ISE ilə işləmə bacarığına;
- F5 WAF (Web Application Firewall) sistemində işləmə bacarığına;
- Azərbaycan dili, ingilis dili (texniki) biliklərinə
- Komandada işləmək bacarığına sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.
https://careers.abb-bank.az/
Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.