Hüquqşünas

  • Baku Electronics
  • Elanın qoyulma tarixi: 19.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Məhkəməyə göndəriləcək sənədləri müvafiq struktur bölmələrindən təhvil almaq;
  • Təhvil verilmiş akt üzrə sənədləri təhvil almaq üçün siyahı tərtib edərək Arxiv şöbəsinə müraciət etmək;
  • Daxil olmuş sənədlər əsasında məhkəməyə və ya digər orqanlara müraciət edilməsi üçün onların surətlərini çıxarmaq;
  • Zərurət olduqda daxil olmuş sənədlər əsasında məhkəməyə müraciət edilməsi üçün iddia, kiçik iddia icraatı üzrə iddia ərizələri və əmr ərizələrini, o cümlədən etiraz və vəsatətlər yazmaq, digər orqanlara ərizə və şikayətləri hazırlamaq;
  • Hazırlanmış müraciətlərin şöbə müdiri yoxladıqdan sonra imzalanmasını və aidiyyəti üzrə göndərilməsini təmin etmək;
  • Şöbəyə daxil olan və çıxan məhkəmə sənədlərini və digər aid olan sənədləri proqrama yazmaq və qovluğa tikmək;
  • İcraya yönəldilən sənədlərin aktını tərtib etmək, aidiyyəti şöbəyə təhvil vermək və proqramda onları aidiyyəti işçilərə transfer etmək;
  • Məhkəmə qərarlarında olan məbləğlərin uyğunlaşdırılması üçün qərarları aidiyyəti şöbəyə təqdim etmək.

Tələblər:

  • Ali hüquq təhsili;
  • Yüksək yazılı və şifahi ünsiyyətqurma qabiliyəti;
  • Üzərinə düşən vəzifələrin tam vaxtında, keyfiyyətli və müstəqil icrasını yerinə yetirmək;
  • İş mühitinə uyğunlaşmaq və kollektivlə birgə işləmək;
  • Əla səviyyədə Azərbaycan dili biliyi, Rus dili və İngilis dili biliyi üstünlük təşkil edir.

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur.

İşəgötürənin reytinqi