Biznes Proseslərin Optimallaşdırılması şöbəsinin Kiçik Mütəxəssisi / Mütəxəssisi / Baş mütəxəssisi

  • PASHA Insurance
  • Elanın qoyulma tarixi: 15.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və Öhdəliklər:

  • Layihə və təşəbbüslərdən irəli gələn biznes proseslərin idarə edilməsi və təkmilləşdirilməsi üçün faydalı hesab olunan məlumatları struktur bölmələrdən əldə etmək və müvafiq tələbləri formalaşdırmaq;
  • Təşkilatın müvafiq proqram təminatında yeni və təkmilləşdirilmiş biznes proseslərin tətbiq edilməsində iştirak etmək;
  • Təşkilatdaxilində yaradılmış olan işçi qruplarında iştirak etmək;
  • Təşkilatın effektivliyinin dəyərləndirilməsi məqsədi ilə performansın idarəolunması proseslərinə dəstək olmaq;
  • PAŞA Sığortada strateji layihələrin icra statuslarına və departamentlər üzrə spesifik təşəbbüslərin həyata keçirilməsinə dəstək vermək;
  • Təşkilatın müvafiq biznes prosesləri üzrə xronometrajlar keçirmək;
  • Müvafiq proseslərdə icra edilmiş dəyişikliklərin müvafiq texniki mühitlərdə test edilməsinə dəstək olmaq;
  • Müvafiq proseslərdə icra edilmiş dəyişikliklər üzrə test və təlim sənədlərinin qaydalara uyğun tərtib etmək;
  • İcra olunan proseslər üzrə müvafiq təhlil hesabatlarını şöbə müdirinə təqdim etmək;
  • Proseslər üzrə struktur bölmələrdən aiddiytaı üzrə daxil olan müraciətləri cavablandırmaq;
  • Xidmət səviyyəsinin artırılması məqsədi ilə digər zəruri mexanizmlər hazırlamaq və onların tətbiq edilməsi üçün müvafiq tədbirləri icra etmək;
  • Birbaşa müdirin tapşırığına əsasən, vəzifə təlimatında qeyd olunmamış, Şirkət üçün faydalı ola biləcək işləri icra etmək.

Biliklər:

  • Ali təhsil;
  • Dil bilikləri: Azərbaycan, ingilis və rus dillərini yüksək səviyyədə bilmək;
  • Beynəlxalq təcrübədə qəbul edilən proses metodologiyaları üzrə biliklər.
  • Şirkətin əməliyyat sistemində aparılan əməliyyatların təhlil etmə bacarığı;
  • Bilavasitə bu vəzifə təlimatı ilə nəzərdə tutulan işlərin yerinə yetirilməsində əsas sayılan qanunvericilik və normativ sənədlərinin tələblərini mükəmməl bilmək və işdə rəhbər tutmaq;
  • Kompüter bilikləri: Microsoft Office proqramlarından yüksək səviyyədə istifadə etmək bacarığı;
  • Təcrübə: Biznes proseslər və ya sığorta sahəsində minimum 1-3 il iş təcrübəsi;

Bacarıqlar:

  • Güclü kommunikasıya bacarığı.
  • Analitik düşüncə. 
  • İş prosesində yaranan problemləri çevik həll etmək bacarığı.

Son müraciət tarixi: 30/05/2022.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin. 

İşəgötürənin reytinqi