Kredit Mütəxəssisi (Ağcabədi rayonu)

İşin təsviri

“İnkişaf üçün Maliyyə” MMC
Bank Olmayan Kredit Təşkilatı

Ağcabədi filialına
Ağcabədi, Ağdam və Beyləqan rayonlarında
kredit işini həyata keçirmək üçün

İŞÇİ QƏBULU ELAN EDIR.


Tələblər:
• Biznes anlayışının olması (kənd təsərrüfatı, ticarət, xidmət, istehsal və digər sahələrdə);
• Ümumi riyazi və hesablama bacarıqları;
• İnsanlarla rahat ünsiyyət qurmaq qabiliyyəti;
• Azərbaycan dilində səlis danışmaq, anlamaq və fikri başa düşülən səviyyədə ifadə etmək;
• Kredit, maliyyə və ya mühasibat işi haqqında müəyyən məlumatın və öyrənməyə marağın olması arzuolunandır;
• Ali və ya texniki təhsil.

İşçinin görəcəyi əsas işlər:
• İşçinin iş vaxtının əsas hissəsi kredit götürmək ehtimalı olan insanların fəaliyyət göstərdiyi yerlərdə onlarla görüşmək (məsələn, yarmarka və ticarət mərkəzlərində, biznes obyektlərinin cəmləşdiyi ünvanlarda, kəndlərdə);
• Kredit xidməti və şərtləri haqqında məlumatlandırma aparmaq;
• Artıq kredit üçün müraciət etmiş şəxslərlə təhlil və araşdırma görüşləri keçirmək;
• Kredit layihəsi hazırlamaq.

İşçinin təlim və inkişafı:
• Yeni götürülən işçilər təcrübəli işçilərdən təlim alacaq;
• İnkişafa meylli və qabaqcıl işçilər müxtəlif təlim və seminarlara göndəriləcək.

İş müraciətinizi aşağıdakı ünvanlara göndərə bilərsiniz:

Ağcabədi rayonu:       Bakı şəhəri:
“İnkişaf üçün Maliyyə” MMC-nin filialı   E-poçt: [email protected]
Ağcabədi şəhəri, Üzeyir Hacıbəyli prospekti 355  Faks:  (994 12) 492 77 63 (11) 
Müəllimlər İnstitutunun yanı     

Xüsusi Qeydlər:

1. Qadın namizədləri müsabiqədə fəal iştirak etməyə ruhlandırırıq.
2. Ərizələrin (CV-lərin) qəbulu 10 FEVRAL 2013-cü il tarixinədək davam edir.
3. Ərizələrdə (CV-lərdə) sizi qane edəcək əmək haqqı məbləğini mütləq qeyd edin.
4. Ərizələri (CV-i) e-poçt ünvanımıza göndərərkən mövzu yerinə müvafiq rayon üzrə "Ağcabədi filialı kredit işçisi" yazmağınız xahiş olunur.