Mexanik-Koordinator

İşin təsviri

Vəzifə öhdəlikləri: 

  • Nəqliyyatla bağlı uçotun aparılması və hər ayın sonunda hesabatların verilməsi;
  • Vasitələrin idarəedilməsi üçün etibarnamələrin hazırlanması və uçotunun aparılması;
  • Nəqliyyat vasitələrinin dayanıqlı istismarı və vaxtında təmirinin təşkil edilməsi, daim saz vəziyyətdə olmasının təmin edilməsi;
  • Nəqliyyatın stabil fəaliyyətinin təmin edilməsində, habelə təmirinin aparılmasında köməkçi və ya aparıcı funksiyaları yerinə yetirən podratçılarla işlərin təşkili; 
  • Nəqliyyat vasitəsinə zəruri olan (yanğın söndürən, tibb çantası və. s) avadanlıq və əşyaların daima saz və yeni vəziyyətdə olmasını təmin etmək; 
  • Texniki sahə üzrə yeniliklər barədə məlumatlı olmaq və müvafiq olduğu halda yeni üsulları iş prosesində tətbiq etmək;
  • İllik büdcənin planlanması məqsədilə təkliflərin və tələb olunan məlumatların verilməsi
  • Gündəlik çatdırılma fəaliyyətinin və nəqliyyatın səmərəli şəkildə planlaşdırılmasııDispetcher
  • Sürücülərin effektiv fəaliyyətinin təmin və təşkil olunması
  • Bütün fəaliyyətini Şirkətin siyasət və prosedurlarına uyğun şəkildə həyata keçirmək.
  • Mütəmadi olaraq tələb edilən hesabatların təmin edilməsi;
  • İşlərin şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsi;

Tələblər:

  • Sürücülük vəsiqəsinin olması 
  • Qalaq məhsulu daşıyan (arxa hissəsi çənli yarı qoşqu) yük maşınlarının təmiri üzrə 3 ildən çox iş təcrübəsi
  • Yük maşınlarını və ağır texnikanı idarə etmək bacarığı
  • Yük maşınları və ağır texnikanın əsas iş prinsipləri,konstruktiv elementləri, texniki xüsusiyyətləri, imkanları və məhdudiyyətləri haqda biliklər
  • Mexanikanın əsas anlayış və qaydalarından xəbərdar olmaq
  • Mexanizmlərin qovşaq və detallarının təsnifatı, onların funksionallıq meyarları və onların işinə təsir edən faktorlarnı sintez və analiz (təhlil) üsulları haqda bilmək
  • Statik güc çeviriciləri, onların xarakteristikaları və istifadə sahələri haqda biliklər
  • Sabit və dəyişən cərəyanların elektrik dövrələrinin nəzəriyəsinin əsas anlayış və qaydaları haqda biliklər
  • Qəzaların növləri və onların yaranma səbəbləri haqda məlumatlı olmaq
  • Yük maşınlarının hərəkətləndiricisinin quruluşu, onun tərkibində elektrik mühərrikinin işə salınma, tormozlanma və tənzimlənmə rejimləri
  • Təzyiq altında işləmək
  • Sadə mexaniki cizgiləri başa düşmək

Əlavə məlumat:

  • İş yeri: Qaradağ rayonu
  • İş yerinə çatdırılma və nahar təmin olunur

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 25.05.22

Email: [email protected]