Avtomobil təmiri üzrə baş mexanik

İşin təsviri

Vəzifə üzrə tələblər:

  • MS Office  proqramları (arzuolunandır)
  • Müvafiq sahə üzrə 3 – 5 il iş təcrübəsi.

Vəzifə öhdəlikləri:

  • Yük maşınları və ağır texnikaların təmirini, baxımını və təhlükəsiz şəkildə çalışmasını təmin etmək
  • Mexaniki problemlərin növləri və onların yaranma səbəbləri aşkar etmək
  • Maşın və ya hissələri zədələmədən təmir işlərini başa vurmaq
  • Texniki baxış məqsədi ilə tələb olunan alət, avadanlıq və materialları müəyyən etmək və hazırlamaq
  • İstismar zamanı avadanlıqlara qulluq və nəzarət etmək, sınaqlar keçirmək və işə yararlılığını müəyyən etmək
  • Quraşdırma (montaj) və təmir – bərpa üzrə texniki işlərin təhlükəsiz yerinə yetirilməsini təşkil etmək
  • Yük maşınlarının avadanlıqları və qurğularını quraşdırmaq, tənzimləmək və yoxlamaq
  • İş yerindəki prosedurlara uyğun olaraq alət və avadanlıqları saxlamaq
  • Gündəlik görülən işlər barədə hesabatların təqdim olunması
  • İşi ilə bağlı ezamiyyətlərdə getməkdə çətinliyi olmaması
  • Təhlükəsizlik qaydaları və normalarına əməl etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək
  • Əmanət edilmiş maddi, texniki vəsaitlərə və təqdim etdiyi hesabatların düzgünlüyünə cavabdehlik daşımaq
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların icra edilməsi

İş şəraiti:

  • İş yeri - Hacıqabul rayonu 
  • İş rejimi – 6 günlük
  • Əmək haqqı - Tərəflərin qarşılıqlı razılığı əsasında.
  • Şirkət tərəfindən yemək, servis mövcüddur.
  • Bakı, Hacıqabul,Şirvan və Sabirabad rayonunun müəyyən kəndlərinə servis xidmətimiz fəaliyyət göstərir. 

 Cv –lərinizi göstərilmiş mail adresinə göndərməyinizi xahiş edirik.

Müraciət üçün son tarix- 30.03.2024

Hajigabul Poultry Farm Company tərəfindən digər vakansiyalar