Nəqliyyat və Logistika üzrə Müdir

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşlərin ümumi müəssisə strategiyasına sinxronlaşdırılmasının təmin edilməsi;
  • İllik büdcənin planlanması, büdcə limitləri çərçivəsində səmərəli şəkildə istifadə edilməsi;
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi;
  • Gündəlik çatdırılma fəaliyyətinin və nəqliyyatın səmərəli şəkildə planlaşdırılması və təmin olunması məqsədilə resursların və işlərin effektiv planlaşdırılması və həyata keçirilməsi;
  • Ödənişlərin planlaşdırılması və hesabatın formalaşdırılması, bazar qiymətlərinin monitorinqi və risklərin dəyərləndirilməsi;
  • Qabaqcıl texnologiyaları tətbiq etməklə nəqliyyat sisteminin gələcək fəaliyyətinin təkmilləşdirilməsi;
  • Şirkət əməkdaşlarının effektiv fəaliyyətinin təmin olunması;
  • Şirkətə işə qəbul üzrə müraciət edən namizədlərin ixtisaslarının nəzərdən keçirilməsi və seçim üçün tövsiyələrin verilməsi
  • Mütəmadi olaraq tələb edilən hesabatların təmin edilməsi;
  • Rəhbərlik etdiyi işlərin şəffaf, düzgün və vaxtlı-vaxtında yerinə yetirilməsi;
  • Müqavilə bağlanılan şirkətlərlə avtomaşınların icarə haqqının təyin olunmasını müəyyən edilməsi ilə bağlı təkliflər vermək;
  • Sifarişlərə uyğun avtomaşınların tipinin (həcm, tonnaj) müəyyən edilməsində tövsiyyə vermək;
  • Avtomaşınların istismarı zamanı yaranan maneələrin (DYP,BNA, Nəqliyyat dept.) aradan qaldırılmasında fəal iştirak etmək;
  • Yeni nəqliyyat vasitələrinin Yol Polis İdarəsində qeydiyyata salınması və sürücülərə təhvil verilmə prossesinin təşkil edilməsi;
  • Bütün nəqliyyat vasitələrinə zəruri olan (Sığorta, texniki baxış və reklam) sənədlərinin mövcudluğu və vaxtlı-vaxtında təmin edilməsinin təşkili.

Tələblər:

  • Ali təhsilin olması
  • Nəqliyyat üzrə (logistika, ticari daşımaçılıq) vəzifələrdə ən azı 3-5 il iş təcrübəsi;
  • Qalaq məhsul daşınmalları üzrə təcrübə arzu olunandır;
  • Ölkədaxili təchizat sahələrinin mövcud vəziyyəti barədə məlumatlılıq;
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
  • Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək;
  • Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti;
  • Liderlik qabiliyyəti və ünsiyyət qurmaq bacarığı;
  • Məsuliyyətlilik;
  • Etibarlılıq;
  • Detallara fikir vermək qabiliyyəti

Əlavə məlumat:

  • İş yeri: Qaradağ rayonu
  • İş yerinə çatdırılma və nahar təmin olunur

CV-ni müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 25.05.22

Email: [email protected]