Auditor

  • AzerGold CJSC
  • Elanın qoyulma tarixi: 13.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələb olunan bilik, bacarıq və səriştələr:

  • Daxili nəzarət, idarəetmə və risklərin idarə olunması sistemlərinin adekvatlılığının qiymətləndirilməsi məqsədi ilə audit prosedurlarının həyata keçirilməsi;
  • Audit yoxlamaları zamanı əldə edilmiş faktların vaxtlı-vaxtında xidmətin müdirinə məruzə edilməsi;
  • Daxili audit yoxlamasının yekun nəticələri əsasında düzgün, keyfiyyətli və effektiv tərzdə daxili audit hesabatının tərtib edilməsi;
  • Daxili audit tövsiyələrinə cavab olaraq Cəmiyyətin rəhbərliyi ilə razılaşdırılmış islahedici tədbirlərin icra statusunun monitorinqinin həyata keçirilməsi və nəticələrlə bağlı hesabatın hazırlanması;
  • Yerinə yetirilmiş işlər barədə illik fəaliyyət hesabatının hazırlanması;
  • Daxili audit yoxlaması üçün təqdim olunan sənədlərin qorunmasının təmin edilməsi və audit sübutlarının sənədləşdirilməsi;
  • Daxili audit xidmətinin inkişafı üzrə yeni istiqamətlərin və qabaqcıl beynəlxalq təcrübənin mütəmadi olaraq öyrənilməsi;
  • Daxili audit xidmətinin müdiri tərəfindən həvalə olunan digər tapşırıqların səlahiyyət çərçivəsində yerinə yetirilməsi;
  • Peşəkar səriştələr: Kommunikasiya bacarıqları, hesabatlılıq və təqdimetmə bacarıqları, müşahidə aparmaq, faktları müəyyən etmək qabiliyyəti, analitik, məntiqi və kritik düşünmə qabiliyyəti;
  • Daxili nəzarət və risklərin idarə olunması sistemlərinin qiymətləndirilməsi sahəsində bilik və bacarıqlar;
  • IFRS, IIA standartlarının tətbiqi üzrə bilik və bacarıqlar. (Müvafiq sertifikatlar üstünlükdür)
  • MS Office proqramlarında səlis işləmək qabiliyyəti. (İT sistemləri üzrə biliklər üstünlükdür).
  • Azərbaycan və ingilis dillərini mükəmməl bilmək.

Tələb olunan təhsil və iş təcrübəsi:

  • Maliyyə, Mühasibat uçotu və audit, iqtisadiyyat və ya hüquq ixtisası, texniki və ya təbiət elmləri üzrə ali təhsil;
  • Maliyyə və ya daxili/xarici audit sahəsində ən azı 1 il iş təcrübəsi.

https://careers.azergold.az/vakansiya/auditor-daxili-audit-xidmeti

İşəgötürənin reytinqi