Fraud və Kredit Risk Nəzarəti Şöbə Rəhbəri

İşin təsviri

Əsas öhdəliklər:

  • Dələduzluq halları və Gəlirlərin Təminatı üzrə daxili hesabat sistemləri və proseslərin saxlanılması və inkişaf etdirilməsini təmin etmək;
  • Ən üstün proses, nəzarət mexanizmləri və vasitələri ilə dələduzluq hallarının qarşısını almaq;
  • Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması üzrə məlumatların toplanması, təhlili və yeni üsulların tətbiqini təmin etmək;
  • Kredit nəzarəti; dələduzluq, sui-istifadə, saxtakarlıq hallarına qarşı tədbirlərin, təhlil və araşdırmaların təşkilinə və koordinasiyanın düzgün aparılmasına nəzarət etmək;
  • Dələduzluq halları hesabatlarını təqdim etmək;
  • Gəlirlərin Təminatı prosesləri və nəzarət mexanizmlərini inkişaf etdirmək;
  • Gəlirlərin Təminatı üzrə texniki sistemlər və nəzarət mexanizmləri tətbiq etmək;
  • Yeni məhsul istifadəyə verildikdə və ya dəyər zəncirində gəlirlər dəyişildikdə Gəlirlərin Təminatı baxımından qiymətləndirmə və auditlər təşkil etmək;
  • Gəlirlərin Təminatı hesabatlarını təqdim etmək;
  • Şöbə daxilində işlərin düzgün bölüşdürülməsi və iş həcminə uyğun iş qrafiklərinin tərtib olunması və işçilərin qrafikə uyğun işləmələrinə nəzarət etmək;
  • Digər şöbələrdən daxil olan müraciət və şikayətlərə vaxtında reaksiya verilməsinə və lazımi qaydada icra olunmasına nəzarət etmək;
  • Komandanı idarə etmək.

Tələb Olunan Bilik, Bacarıq və İş Təcrübəsi:

  • Təhsil: Maliyyə, Risklərin idarə edilməsi, Biznesin idarə edilməsi, İqtisadiyyat; və ya əlaqəli ixtisaslar üzrə bakalavr dərəcəsi (magistr dərəcəsinə üstünlük verilir);
  • Təcrübə: Dələduzluq hallarının aşkarlanması və qarşısının alınması, dələduzluq hallarının araşdırılması və təhlili, risklərin idarə edilməsi sahəsində minimum 3 illik iş təcrübəsi;
  • Dil bilikləri: Azərbaycan və İngilis dilləri - mükəmməl səviyyə, Rus dili - yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Biliklər:
  • Dələduzluqla mübarizə və İT sahələrindən təcrübə ilə möhkəmlənmiş Maliyyə axınları və hesabatlar üzrə yüksək biliklər;
  • Mükəmməl MS Excel bilikləri;
  • Bacarıqlar:
  • Analitik, məntiqi düşüncə tərzi və düzgün qərarlar qəbul etmək;
  • Tam dəqiqliklə təfərrüatlara davamlı diqqət yetirmək;
  • Düzgün istiqamət seçmək və mühüm proses və reqlamentlərə ciddi əməl etmək;
  • Cəld reaksiya vermək;
  • Problemləri həll etmək;
  • Nəzarəti təmin etmək;
  • Komandada çalışmaq;
  • Güclü icraetmə.

Üstünlük verilən Sertifikatlar/Yetkinliklər:

  • Risk, Maliyyə Cinayətləri, Komplayens və ya Fraud üzrə peşəkar sertifikatlar (ACAMS, CISA, CISM, CRISC, CFE);
  • İT, Telekommunikasiya ixtisası və ya Fraud üzrə sertifikatlaşma;
  • “SAP Business Objects” bilikləri;
  • Hesabatlarla iş təcrübəsi.