Xəzinədarlıq üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Bank hesab qalıqlarının gündəlik üzləşdirilərək əməliyyat sistemində daxil edilməsi və yoxlanılması;
  • Cari bank ödəmələrinin həyata keçirilməsi;
  • Xarici valyutada ödəmələrin əməliyyatın xarakterinə uyğun həyata keçirilməsi;
  • Avans valyuta ödənişlərinin gömrük bəyənnamələri əsasında yoxlanılaraq banka təqdim edilməsi və onların Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
  • Konsiqnasiya yolu ilə ixrac olunmuş malların daxilolmalarının banka təqdim edilərək Elektron Gömrük Portalında bağlanılmasının təmin edilməsi;
  • Şirkət üzrə nağd vəsait qalıqlarının nəzarətdə saxlanılaraq bank hesabına köçürülməsinin təmin olunması;
  • Bank kartları, o cümlədən təhtəl hesab kartlarla əməliyyatlara, limitlərə nəzarət və uçotun təşkil olunması;
  • Banklardan alınmış kreditlər və yerləşdirilmiş depozitlərin faizlərinin hesablanılaraq bankla üzləşdirilməsi və əməliyyat sistemində əks olunması;
  • Bank komissiyalarının müqavilələrlə eyniliyinin yoxlanılması və əməliyyat sistemində əks etdirilməsi;
  • Əməliyyat olduğu günlərdə mərkəzi kassanın sayımı, elektron kassa kitabının tərtibi və aktlaşdırılması;
  • Nağd resurslar və onlara bərabər sayılan ekvivalentləri ilə bağlı gündəlik və dövri hesabatların hazırlanması.

Tələblər:

  • Maliyyə, mühasibat uçotu üzrə ali təhsil;
  • 2 il bank və mühasibat sahəsində təcrübə;
  • Nağd resursların idarə olunması sahəsində sertifikatların olması arzuolunandır;
  • Azərbaycan dilini şifahi və yazılı əla səviyyədə bilmək;
  • MS Office, 1C (8/3) işləmək bacarığı;
  • Mühasibatlıq və maliyyə idarəetməsi sahəsində biliklər;
  • Vergi qanunvericiliyi sahəsində işi ilə bağlı biliklər;
  • Valyuta rejimi və ölkədən kənara və daxilə valyuta hərəkətləri ilə bağlı qanunvericiliyi bilmək;
  • Vergi, Gömrük portalları işləməyi bacaqmaq;
  • Ödəmələrlə bağlı sənədlərin hazırlanması sahəsində səriştə;
  • Kassa əməliyyatlarının aparılması qaydalarını bilmək.

Səriştələr:

  • Məsuliyyətli
  • Şəxsi inkişafa meylli
  • Pozitiv
  • Nailiyyət yönümlülük
  • Etibarlılıq
  • Dürüstlük

Əlavə məlumat:

  • Əmək haqqı müsahibə əsasında təyin olunacaqdır; 
  • İş qrafiki: Beş günlük iş həftəsi;
  • İş yeri: Bakı şəhəri, Qafqaz Business Center;
  • Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.

"MKT İK" MMC şirkəti – irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, ailə vəziyyətindən, ictimai-sosial mənşəyindən və əqidəsindən asılı olmayaraq hamı üçün bərabər imkanlar yaradan bir şirkətdir.

Əgər özünüzü bu vakansiyanın tələblərinə uyğun hesab edirsinizsə və ölkənin lider pambıq istehsalçısı olan “MKT İK” MMC-da karyeranızı davam etmək, peşəkar və mehriban komandanın bir hissəsi olmaq istəyirsinizsə aşağıdakı linkə daxil olaraq müraciət edə bilərsiniz.

https://hr.mktcotton.com/job/xezinedarliq+uzre+muhasib?sources=Jobsearch.az