Priva operatoru

  • Buta Group
  • Elanın qoyulma tarixi: 09.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəliyi: 

  • Bitkilərin qidalanma prosesini PRIVA istixana proqramı vasitəsilə idarə etmək;
  • Bitkilərin qidalanmasını damcı sistemi əsasında təşkil etmək;
  • İstehsalatda istilik qoruyucu və ya əksetdirici ekranlardan istifadə olunmasını təmin etmək;
  • İstixana bölmələrinin hər birində hava temperaturu və rütubətin ölçülməsi və tənzimlənməsini (aşağı istilik, yüksək istilik) təmin etmək;
  • Nəfəslik havalandırmanın saz vəziyyətdə olmasını, avtomatik açılması və bağlanmasını təmin etmək;
  • Hava dövriyyəsi, ventilyatorun qoşulması, söndürülməsi və daimi işlək vəziyyətdə olmasını təmin etmək;
  • Rütubətliyə nəzarət etmək və artıq istilikdən qorunmasını təmin etmək;
  • Təcili və fövqəladə hallar siqnallarının qəbul edilməsi və verilməsini təmin etmək;
  • Nasazlıqların aradan qaldırılması üçün tədbirlər görmək;
  • Avadanlıqların mütəmadi olaraq texniki baxışdan keçirilməsini təşkil etmək.

Bacarıqlar:

  • Ünsiyyət/təqdimat bacarıqları və əlaqələr qurmaq qabiliyyəti;
  • Təşkilatçılıq və vaxtı səmərəli idarəetmə bacarığı;
  • İşgüzarlıq;
  • Komandada işləmək bacarığı
  • MS Office proqramları, xüsusilə PRİVA(İqlimə Nəzarət)

Tələblər: 

  • Ali təhsil
  • Analoji sahədə  ən az 1 il iş təcrübəsi 
  • Rus dili , ingilis dili arzu olunan

Təminatlar:

  • Əmək haqqı: namizədin bilik və bacarıqlarına görə dəyişir;
  • Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
  • Peşəkar komanda ilə əmək fəaliyyəti. 

Göstərilən tələblərə uyğun olan namizədlər mövzu yerində “Priva Operatoru” qeyd etməklə CV-lərini göndərə bilərlər.

Email: [email protected]