Satış direktoru

  • A+Co ASC
  • Elanın qoyulma tarixi: 09.05.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər: 

  • Təhsil: Uyğun sahə üzrə ali təhsil (Kommersiya, İqtisadiyyat)
  • Müvafiq sahədə 5 - 7 il iş təcrübəsi;
  • Microsoft Office proqramlarını bilməli;
  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək, rus/ingilis dili bilgisi üstünlükdür);
  • Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə malik olmalı;
  • İşgüzar və məsuliyyətli olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti olmalı;
  • Şifahi və yazılı kommunikasiya bacarıqlı olmalı;
  • Təqdimat və təsiretmə bacarıqlı olmalı;

Vəzifə öhdəlikləri:

  • Müqavilələr ilə bağlı danışıqların aparılması;
  1. Yeni müqavilələr üzrə şərtlərin müəyyən edilməsi;
  2. Mövcud müqavilələrə əlavə və dəyişikliklərin edilməsi;
  3. Müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət edilməsi;
  • Marketlərin baş ofisləri ilə əlaqələrin qurulması: kateqoriya, maliyyə, marketinq;
  • Şirkət daxili maliyyə məsələlərinin həll edilməsi: ödənişlər, elektron qaimə formaları, aylıq hədəflər, bonuslar, avadanlıqlar;
  • Komanda ilə işləmə:
  1. Komanda işinin təşkil olunması;
  2. Komandanın idarə olunması;
  3. Plan-faktın təşkil edilməsi və analizi;
  • Merçendayzinq standartlarının təşkil olunması:
  1. Şirkət tərəfindən verilən icra standartlarının tətbiq edilməsi və qorunmasına nəzarət;
  2. Məhsulların planaqrama uyğun düzülməsinə nəzarət;
  3. Sifarişlərin düzgün təyin edilməsi;
  4. Post materialların icrasına nəzarət;
  • Maaşların (fix+bonus) yoxlanılması və təsdiqi;
  • İnsert, bağlama, trade marketing üzrə əlavə razılaşmaların şirkət daxili müəyyən edilməsi;
  • Müqavilə üzrə avadanlıqların (soyuducu və s.) yerləşdirilməsi;
  • Mağaza məsul şəxsləri ilə görüşlərin keçirilməsi.

İş şəraiti: 

  •  İş yeri: Xırdalan şəhəri; 
  •  6 günlük iş qrafiki; 
  •  Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun müsahibə əsasında müəyyən olunacaq.

 Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satış direktoru” yazaraq göndərilməsi xahiş olunur.

Email: [email protected]