Kateqoriya meneceri (Qida əlavələri və dərman məhsulları sektoru üzrə)

İşin təsviri

İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Minimum 3 il marketinq sahəsində iş təcrübəsi
Təhsil: Ali təhsil
Yaş həddi: 25-45

İşin təsviri: Qida əlavələri və dərman məhsulları sektoru üzrə məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək.

Vəzifə funksiyaları:

  • Məhsul idarəsində olan məhsul və markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq və layihələr həyata keçirmək;
  • Məhsul seçimi və qiymətin təyin olunması prosesi ilə əlaqədar müvafiq şirkətlərlə görüşlər təşkil etmək;
  • Satış potensialı yüksək ola biləcək yeni markaların araşdırılıb yerli bazara çıxarılmasını həyata keçirmək;
  • Bazar dinamikasını, rəqibləri və rəqib məhsulları təqib edərək öz təklifləri ilə məruzə etmək; 
  • Marka və məhsul performansını müşahidə edərək təhlil etmək; 
  • İstehlakçı ehtiyac və davranışlarını təhlil etmək məqsədi ilə həyata keçiriləcək marketinq tədqiqatları ehtiyacını müəyyənləşdirmək, tədqiqat briflərini və keçirilən tədqiqatları qiymətləndirərək fəaliyyət planları hazırlamaq;
  • Cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək, onları məhsul və markaların ideya mərhələsində istehlakçılara çatdırmaq, o cümlədən istehlakçılardan gələcək geri dönüşlərin və dəyərləndirmənin də daxil olduğu uzunmüddətli bir prosesin cavabdehliyini daşımaq. 

Vəzifə tələbləri:

  • Ali təhsil;
  • Marketinq və bazar araşdırmalarını dərindən bilməli;
  • Şəxsi avtomobil olmalı;
  • FMCG sahəsində ən azı 3 il iş təcrübəsi olması;
  • Azərbaycan və İngilis dil bilikləri

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Avtonəqliyyat vasitəsinin amortizasiya və yanacaq xərclərilə qarşılanır;
  • Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük,09:00-18:00

Müraciət qaydaları: elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Kateqoriya meneceri” yazmaqla CV göndərərək müraciət edilir.

Email: [email protected]

İşəgötürənin reytinqi