Logistika üzrə menecer

İşin təsviri

Tələblər:

  • Ali təhsil
  • Azərbaycan dilini səlis, İngilis və Rus dillərini bilməli
  • Microsoft Office (Outlook, MS Excel, World) – istifadəçi səviyyəsi
  • Analiz, problemlərin həlli və qərarvermə
  • Dəqiqlik və təfsilatlara yönümlülük
  • İnkişafa yönümlülük
  • Logistika sahəsində minimum 1 il iş təcrübəsi
  • Xanım namizədlərə üstünlük verilir

Vəzifə öhdəlikləri:

  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması) 
  • Gömrük rüsumlarının ödənilməsinə, gömrüyə ödəniş üçün sənədlərin təqdim edilməsinə və malların anbara vaxtlı-vaxtında çatdırılmasına nəzarət edilməsi
  • Yeni alışların təsdiq olunması üçün laboratoriyaya hər hansı malın bir neçə nümunəsinin təqdim  edilməsi
  • Alınmış malların qeydiyyatının aparılması
  • Beynəlxalq yük daşınmalarını yüksək səviyyədə təmin etmək
  • Logistik sxemlərin tətbiqi və inkişafı, mövcud logistik sxemlərin optimallaşdırılması
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • Təmsil etdiyi şirkətdən alınmış sənədlərin və gömrük məqsədləri üçün zəruri olan məlumatların düzgünlüyünün yoxlanması
  • Nəqliyyat şirkətləri, brokerlər və gömrük orqanları ilə əməkdaşlıq
  • Bazar qiymətlərinin monitorinqi,güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

Əlavə məlumat:

  • 5 günlük iş qrafiki
  • Əmək haqqı: (müsahibə nəticəsində müəyyən olunur)
  • İş yeri: Bakı şəhəri; Xətai rayonu; Babək Plaza
  • İş saatı: 09:00-18:00;

Zəhmət  olmasa   CV - nizi fotoşəkili ilə elektron poçt ünvanına "Logistika üzrə menecer" yazın. Əlaqə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlərlə aparılacaq.

Email: [email protected]