Əmək haqqı üzrə mühasib

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 28.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İşçilərin aylıq əmək haqlarının, gəlir vergisi, sosial sığorta və digər tutulmaların hesablanması 
  • Məzuniyyət haqlarının, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması 
  • Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
  • İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək
  • İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması.

Namizədə dair tələblər:

  • Xanım namizəd;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi 
  • Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
  • Dil bilikləri: Azərbaycan dili – mükəmməl, rüs dili – orta
  • Mühasibat uçotu və Audit, iqtisadiyyat sahəsində ali təhsilin olması;
  • Ünsiyyət qurma bacarığı
  • Riyazi hesablama aparma, analitik təhlil etmə qabiliyyəti 
  • Komandada işləmə bacarığı
  • MS Office proqramlarını bilməli
  • Xırdalana yaxın ərazilərdə yaşayanlara üstünlük veriləcəkdir

Əlavə məlumatlar:

  • Nahar şirkət tərəfindən verilir;
  • İş qrafiki: 5 gün, 08:00 – 17:00
  • Əmək haqqı: Razılaşma əsasında

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron ünvanına, mövzu hissəsində vəzifənin adı “Əmək haqqı üzrə mühasib” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan nazmizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. Əlaqə nömrələri: +994552090362

Email: [email protected]