Front-End Developer istiqaməti üzrə Məsləhətçi

İşin təsviri

Biz nə təklif edirik:

  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
  • Karyera irəliləyişlərində yaradılan şərait;
  • Rəqabətədavamlı əmək haqqı.

Bizim üçün uyğun namizəd:

  • Ali təhsilli (Texniki sahə üzrə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi; 
  • Kompüter Elmlərinin Əsasları (Alqoritm and Data Strukturlar) haqqında biliklərin olması;
  • HTML, CSS (SASS, LESS, CSS precompilers), CSS Framework-lər üzrə yüksək səviyyədə biliyin olması;
  • React.js-i və onun əsas prinsipləri barəsində məlumatlı olması; 
  • Typescript ilə iş təcrübəsi;
  • NPM, Webpack, Babel kimi Front-End alətləri ilə işləmə bacarığının olması;
  • GİT-lə işləmə təcrübəsi (yaranan problemləri müstəqil şəkildə həll etmək);
  • REST API üzrə əsas biliklərin olması;
  • Cross-browser ilə işləmə bacarığı;
  • Figma ilə işləmə bacarığı;
  • Səmərəli, səliqəli, təhlükəsiz, anlaşılan və genişlənə bilən kod yazmaq bacarıqlarının olması;
  • Analitik düşüncə, yeni texnologiyalardan öyrənib tətbiq etmək bacarığı;

Görəcəyiniz işlər:

  • Agentliyin siyasətinə və prioritetlərinə uyğun olaraq proqram təminatı üzrə işləri müəyyən edərək inkişaf fəaliyyətlərinin planlaşdırılmasını icra etmək;
  • Şöbə üzrə proqram təminatı istiqamətində müvafiq prosedurların və siyasətlərin hazırlanmasını təşkil etmək;
  • Agentliyin müəyyənləşdirilmiş proseslərinin tələbləri üzrə proqram təminatının yazılmasında iştirak etmək;
  • Yeni məhsulların yaradılmasında və onların tətbiqi metodlarının seçilməsində iştirak etmək;
  • Təşkilati inkişaf baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
  • Digər əməkdaşların sahəsi üzrə təkmilləşməsi və proqram təminatını mənimsənilməsi tədris prosesini təşkil etmək;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə digər proqramçılara dəstək və təlim komandasını formalaşdırılmasında iştirak;
  • Agentliyin istifadəsində olacaq proqram təminatı üzrə kod versiyalarının jurnallarının tərtib edilməsi və manual şəklində saxlanmasını həyata keçirmək;
  • Agentliyin inkişafı baxımından proqram təminatı üzrə yeni yazılacaq və ya alınacaq proqram təminatının kod səviyyəsində mənimsənilməsində birbaşa iştirak etmək;
  • Agentliyin mövcud olan proqram təminatının yeni məhsullara uyğun yazılması və digər tələb olunan proqramlara inteqrasiyası üsullarının texniki yazılmasını icra etmək;
  • Şöbənin fəaliyyət nəticələrinə dair hesabatların hazırlanmasını təşkil etmək.

Əlavə məlumatlar:

  • İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
  • İş vaxtı: 09:00 – 18:00.

Müraciət qaydası:

  • Vakansiyaya son müraciət tarixi: 27.05.2022-ci il;
  • Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
  • Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.