SMM menecer

  • BERC Group
  • Elanın qoyulma tarixi: 26.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

  • Şirkətlərin sosial media hesablarının idarə edilməsi;
  • Gündəlik postların, həftəlik/aylıq SMM hesabatlarının  hazırlanması, markanın rəsmi səhifə istifadəçilərinin şəbəkədən istifadə etmə vaxtlarının və buna uyğun olaraq xüsusi mövzularda postların gündəlik yerləşdirmə zamanlarının müəyyən edilməsi;
  • Səhifənin strategiyasının hazırlanmasında iştirak və təkliflərin verilməsi;
  • Sosial şəbəkə üzrə xüsusi kontent (post) mövzularının həftəlik qrafikinin qurulması və markaya uyğun rubrikaların yaradılması;
  • Sosial şəbəkələrdə markanın rəsmi səhifəsinin, istifadəçi sayını reklam hesabına uyğun olaraq artırılması;
  • Dizaynerə briflərin tam və dolğun şəkildə ötürülməsi;
  • Kontent və posterləri yerləşdirdikdən sonra sosial şəbəkəyə gündəlik gələn şərh (rəy, mesaj) və sorğuların cavablandırılması; 
  • İnternet saytların trafik axınını izləmək, təhlil etmək və müntəzəm daxili təhlil və hesabatlar hazırlamaq;

Vəzifəyə dair tələblər və bacarıqlar:

  • Müvafiq sahədə minimum 2 illik iş təcrübəsi;
  • Hərbi mükəlləfiyyətli və ya hərbi xidmətdən möhlət hüququnun olması;
  • Sosial şəbəkə alətlərindən istifadə etmə bacarığı;
  • İşində məsuliyyətli, punktual, kreativ, həvəsli və operativ olmaq;
  • Azərbaycan dilini orfoqrafik və qrammatik səviyyədə yaxşı bilmək; (Türk-ingilis dili üstünülükdür)
  • MS Office proqramlarından sərbəst istifadə etmək bacarığı;
  • Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət və yaradıcı düşünmə bacarığı;
  • Sosial media planlama və idarəetmə təcrübəsi, sosial mediada aktivlik, işə yaradıcı yanaşma bacarığı;

BERC Group MMC sizə nə vəd edir?

  • Əmək Məcəlləsinə uyğun həftəlik 40 saatdan çox olmayan 5 günlük iş rejimi;
  • Şirkətdə və xidmət göstərdiyi müəssisələrdə karyera yüksəlişi imkanı;
  • Rəqabət qabiliyyətli əmək haqqı;
  • Korporativ nömrə və danışıq paketi;
  • İdman güzəştləri (Cəmiyyətin ofisindəki fitnes mərkəzdən istifadə imkanı) ;
  • Səmimi və peşəkar komanda ilə müxtəlif əyləncəli tədbirlər;

Qeyd olunan tələblərə uyğun gələn namizədlərdən öz CV -lərini 31.05.2022-ci il tarixinədək elektron ünvanına mövzu yerinə əmək haqqı gözləntisini və “SMM menecer” vəzifəsi yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.

Qeyd: İlkin göndərilmiş CV-lər əsasında son müraciət tarixindən daha tez imtahan təşkil edilə bilər.

BERC Group tərəfindən digər vakansiyalar