Satıcı

İşin təsviri

Şirkət Haqqında:  Aslan Şirniyyat Şirkəti artıq 15 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərir və özünün dadlı və keyfiyyətli tortları və şirniyyatları ilə müştərilərin hər zaman etibarını qazanmış və xidmətinizdə hazırıq.
Aslan Şirniyyat Evinətəcili Satıcı Tələb olunur.

Əmək Haqqı: Başlanğıc maaş  250-300 AZN (gələcəkdə işçinin göstəricilərinə uyğun maaş artımı, bonus vəya faiz mümkündür)
İş rejimi: 7 günlük tam iş rejimi (07.00-19.00)
Tələb olunan keyfiyyətlər:
Aşağıdakı tələblərə uyğun namizədlər müraciət edə bilər
 
1. Etibarlı,səliqəli,  məsuliyyətli və çevik olma
2. Satıcılıq sektorunda iş təcrübəsi olma üstünlükdür
3. Şirniyyat Evinə gələn müştərilərlə xoş və gülərüzlü davranma
4. Hesabat məsələrində ciddi və düzgün olması
5. Müştərilərlə dil tapma bacarığı
6. Əgər namizədin bu sahədə iş təcrübəsi yoxdursa o zaman 10-15 gün sınaq müddətində administratorun köməkliyi ilə təlimatlar əsasında iş öyrədiləcək
7. Tələb olunan xüsusiyyətlər ondan ibarətdir ki, müştəri içəri daxil olarkən onu xoş sözlərlə qarşılayıb gülərüzlü olma və utanıb çəkinməmək lazımdır əgər bunlar namizəddə yoxdursa 10-15 gün içində namizədə öyrədilib və daha sonra ondan tətbiqi tələb olunacaq.
8. Satıcı qismində götürdüyümüz namizəd özünü inkişaf etdirdiyi təqdirdə onun maaşında artım olacaq və həmçinində əlavə faiz və ya bonuslarda olacaq.
9. Hicablı xanımlar da iş üçün müraciət edə bilər.

Qeyd:
Xahiş olunur yuxarıdakı şərtlərə müvafiq işi bacara biləcək və özlərinə inamı olan namizədlər Cv-də şəkil olmaq şərti ilə aşağıdakı emailə göndərsinlər. Şəkilsiz cvlərə baxılmayacaq.
Əlaqə:
Ünvan:   Elmlər Akademiyası metrosu,Bakı Dövlət Universitetinin Yanı, Zahid Xəlilov Küçəsi, Mega City Binası ilə üzbə-üz
E-mail:  [email protected]

Aslan şirniyyat evi tərəfindən digər vakansiyalar