İşin təsviri
                
                
                                
                Yerinə yetirəcəyi işlər:
	- Əmək haqqı, xəstəlik vərəqlərinin, əmək və sosial məzuniyyətlərin, bonusların, işdənçıxma müavinətlərinin, son haqq-hesabların hesablanması;
 
	- Vergi, sosial fonda ayırmaların hesablanması;
 
	- Hesablanmış əmək haqqının işçilərin əmək haqqı kartlarına köçürülməsi;
 
	- Kadrlar şöbəsi ilə birlikdə Dövlət Sosial Müdafiə Fondu hesabına ödənilən müavinətlərin (hamiləliyə və doğuma görə, əmək qabiliyyətini müvəqqəti itirilməsi, uşağın anadan olmasına görə, 3 yaşa qədər uşağa qulluğa görə, dəfn üçün müavinət) hesablanması, protokolun hazırlanması, sənədləşdirilməsinə nəzarət;
 
	- Elektron imza vasitəsilə elektron hokumət portalından hesablanmış müavinətlərin göndərilməsi və ödənilməsinə nəzarət;
 
	- DSMF-yə Vahid Rüblük hesabatın, Statistika komitəsinə 4-əmək aylıq və 1-Əmək illik hesabatın hazırlanması.
 
Tələblər:
	- Sahə üzrə 2 il iş təcrübəsi
 
	- Maliyyə mühasibatlıq sahəsində ali təhsil
 
	- Yaxşı səviyyədə1C (7.7 və 8.3) Excel biliyi
 
İş şəraiti: 5 günlük iş həftəsi, iş rejimi 09:00-18:00
CV-ləri Əmək haqqı üzrə mühasib başlığı ilə göndərməyiniz xahiş olunur.
Email: [email protected]