Kredit Risk Anderrayter

  • PASHA Bank
  • Elanın qoyulma tarixi: 21.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşiniz nədən ibarətdir?

  • Müştəri bazasının keyfiyyətinə əmin olaraq bankın potensial itki risklərini minimuma endirmək məqsədi ilə Fərdi və Özəl Bankçılıq üzrə borc alanlarla bağlı kredit riski təhlili;
  • Bankın müvafiq kredit siyasəti və proseduraları ilə bağlı biliklərin genişləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq departamentləri tərəfindən təqdim edilmiş kredit ərizələrinin və limitlərin anderraytinqinin təmin edilməsi;
  • Kreditləşmə prosesində anderraytinq zamanı ehtiyac yaranarsa bankdaxili metodologiya, təlimat və qaydaların tələblərinin ekspert əsaslandırma ilə nəzərə alınmamasının təmin edilməsi;
  • Sifariş edilən öhdəliklərin növündən və ümumi məbləğindən asılı olaraq kredit öhdəliklərində son qərar verici olaraq çıxış;
  • Bankın təsdiq etdiyi kredit siyasəti və müvafiq proseduralara və risk iştahası tələblərinə əsasən kreditlərlə bağlı risk dərəcəsinin qiymətləndirilməsi;
  • Fərdi və Özəl Bankçılıq üzrə daxili təlimat, proses və məhsulların inkişaf etdirilməsi ilə bağlı birbaşa təşəbbüs göstərilməsi və ya rəy verilməsi;
  • Müştərinin maliyyə vəziyyətinin və gələcəkdə krediti qaytarmaq qabiliyyətinin yoxlanılması, kredit reytinqinin müəyyən edilməsi və müvafiq qərarların verilməsi;
  • Ədalətli kredit reytinqlərinin təmin olunması üçün kredit riskinin keyfiyyətini əks etdirən ekspert rəyin verilməsi;
  • Fərdi Bankçılıq Departamenti tərəfindən daxil olmuş defolt olma ehtimalı üzrə cədvəllərin (PD tool) yoxlanılması, nəzarət edilməsi və müştəri üzrə düzgün defolt olma ehtimal dərəcəsinin təsdiqi;
  • Xidmət Səviyyəsi Müqavilələrinə əsasən hər kredit müraciəti üçün kredit riskləri üzrə anderraytinqin tamamlanması və vaxtında icrası.

Sizdən nə tələb olunur?

  • Təhsil: Maliyyə, İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
  • İş təcrübəsi: Kredit, Risk və ya müvafiq sahə üzrə minimum 2-4 il
  • Dil bilikləri: İngilis və Rus
  • Lisenziya/Sertifikat: Risk Menecment, Bankçılıq və Kredit üzrə sertifikatlar
  • Kompüter bilikləri: Microsoft Office 
  • Bazar bilikləri: Fərdi bankçılıq üzrə biliklər
  • Digər: Bank qanunvericiliyi və requlyator tələblər ilə əlaqəli biliklər, bankçılıq və mühasibatlıq təcrübəsi

Müraciət edin:

Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi 13.05.2022-ci il tarixinədək başlıqda “Kredit Risk Anderrayteri” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

İşəgötürənin reytinqi