Hüquqşünas

İşin təsviri

Vəzi̇fə Öhdəli̇kləri̇:

  • Şirkət fəaliyyətinin hüquqi təminatının həyata keçirilməsi;
  • Layihələrin, habelə xarici M&A və daxili struktur dəyişikliyinin həyata keçirilməsində iştirakı;
  • Hüquqi rəylərin hazırlanması;
  • Böyük həcmdə daxili korporativ hesabatlarla işləməsi;
  • Sanksiya siyahıları da daxil olmaqla podratçıların qüvvədə olan daxili qaydalara uyğun yoxlanılmasını həyata keçirir;
  • İşçilər və şirkətin nümayəndələri üçün etibarnamələrin (notarial təsdiq də daxil olmaqla) hazırlanması və rəsmiləşdirilməsinin həyata keçirilməsi, habelə verilmiş etibarnamələrin reyestrinin aparılması;
  • Təsis sənədlərin surətlərinin rəsmiləşdirilməsinin (notarial təsdiq də daxil olmaqla) həyata keçirilməsi;
  • İşəgötürənin Notariat xidməti ilə bağlı digər fəaliyyətlərin həyata keçirilməsi;
  • İş icazəsi və müvəqqəti yaşayış haqqında soruğuların göndərilməsinə və bu barədə arayışların əldə edilməsinə nəzarətin həyata keçirilməsi;
  • Müqavilələrin hüquqi ekspertizasının və razılaşdırılmasının həyata keçirilməsi;
  • Kontragentlər ilə bağlı iddia və tələblərin həllinin həyata keçirilməsi;
  • Müqavilələrin razılaşdırılması üçün podratçilarla danışıqlar aparılması;
  • Şirkətin kommersiya və inzibati-təsərrüfat fəaliyyətinin hüquqi təminatını həyata keçirir; 
  • Reklam materiallarının hüquqi ekspertizasını həyata keçirilməsi;
  • Şirkətin maliyyə departamentinin fəaliyyətinə hüquqi dəstək verilməsi;
  • Şirkətin rəhbərinə imzalanmaq üçün təqdim olunacaq əmr, təlimat, əsasnamə, siyasət və digər hüquqi xarakterli sənədlərin qüvvədə olan qanunvericiliyə uyğunluğunun yoxlanılması;
  • Şirkətin hüquq şöbəsinin layihələrinin müstəqil həyata keçirilməsi; 
  • Şirkətin lisenziya, icazə və/və ya akkreditasiya almasını tələb edən fəaliyyət istiqamətlərinin hüquqi hissəsini həyata keçirilməsi.

Tələblər:

  • Hüquq sahəsi üzrə ali təhsili; 
  • Ən azı 5 il korporativ-hüquqi sahədə iş təcrübəsi;
  • MMC, ASC və QSC ilə iş təcrübəsi;
  • M&A layihələrində iştirak, mürəkkəb struktur dəyişikliklərində təcrübə;
  • İqtisadiyyatın hər-hansı bir sahəsinin iş proseslərinin yenidən təşkili layihələrində iştirak təcrübəsi;
  • Müqavilələri ilə ən azı 5 il iş təcrübəsi;
  • Kontragentlərlə müqavilələr bağlanan zaman şirkətin mövqeyini hüquqi əsaslarla müdafiə etmək, habelə şirkətin riskləri, qanunvericiliyin tələbləri və podratçının istəkləri arasında balans tapmaq bacarığı;
  • Səriştəli şifahi və yazılı nitq, düşüncələri qısa və məntiqli qurma bacarığı;
  • Sənədlərin hazırlanmasında diqqətlilik, məsuliyyət, çalışqanlıq, operativlik;
  • Bir neçə tapşırığı eyni vaxtda yerinə yetirmək bacarığı;
  • Dil bilikləri: Azərbaycan – əla, Rus dili - əla; İngilis dili - orta və yuxarı (ingilis dilində yazışmaq, sənədləri ingilis dilində oxumaq və yazmaq bacarığı);
  • Qabaqcıl PC istifadəçisi;

Əsas bacarıqları:

  • M&A əməliyyatları
  • Korporativ hüquq
  • Müqavilə hüququ
  • Müqavilə işi
  • Əmək hüquqi
  • Maliyyə hüququ
  • Vergi hüquqi
  • Təsərrufat hüququ 

Maraqlananlar CV-lərini elektron ünvanına 23.05.2022-ci il tarixinə qədər göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Hüquqşünas” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq. 

Email: [email protected]

İşəgötürənin reytinqi