Emal sahəsi üzrə kiçik mütəxəssis

İşin təsviri

Namizədə tələblər:

  • Qida mühəndisliyi üzrə ali təhsil;
  • 1 ilə qədər iş təcrübəsi;
  • Azərbaycan dili, Rus dili;
  • Qida sənayesində təcrübə;
  • Balıq və balıq məhsullarının emalı, duzlanması, qurudulması, hisəverilməsi və konservləşdirilməsinə aid biliklər olmalı, sənaye avadanlıqlarının istehsal potensialı, texniki xüsusiyyətlərini səlis bilməli;
  • Balıqçılıq, akvakultura, ixtioloigiya üzrə sertifikatlar;
  • Detallara diqqətli olmaq, iş prioritetlərini düzgün təyin edə bilmək və analiz bacarıqları, nəticəyə yönəlik fəaliyyət. 

Vəzifə üzrə öhdəliklər:

  • Emal proseslərinə hazırlıq işlərinə nəzarət edir;
  • Zavod və sexlərdə keyfiyyət müşavirələrində iştirak edir, texnologiyanın vaxtı-vaxtında yoxlanılması işlərini nəzarətdə saxlayır;
  • Zavod və sexlərdə normativ sənədlərin tələblərinin pozulması halları barədə şöbə rəhbərliyinə məlumat verir;   
  • Zay və keyfiyyətsiz məhsul buraxılışının səbəblərinin araşdırılmasında və məhsulların keyfiyyətinin yaxşılaşdırılması tədbirlərinin hazırlanmasında fəal iştirak edir;
  • Zavod və sexlərdə texnoloji təlimatların, texniki şərtlərin, istehsal prosesində istifadə olunan xammal və materialların sərf normalarının işlənməsində iştirak edir və onların yerinə yetirilməsini nəzarətdə saxlayır;
  • İşin  sonunda istehsalata aid  nəzarət kartlarını doldurub gündəlik hesabat  hazırlayır aidiyyəti rəhbər işçilərə göndərilməsini təmin edir.
  • Mövcud olan Kritik Kontrol Nöqtələrinə operativ nəzarət edir zərurət yaranarsa düzəliş məqsədli müdaxilə edir;
  • Gündəlik olaraq xammal və hazır məhsul ilə bağlı laboratoriya nəticələrini nəzarətdə saxlayır, uyğunsuzluq anında rəhbər heyəti xəbardar edərək  istehsal prosesinə düzəliş məqsədli müdaxilə edir;
  • İstehsalat sahələrində, hazır məhsul və xammal anbarlarında  olan mövcud temperatur normalarını daim nəzarətdə saxlayır;
  • Məhsul emalına aid bütün mərhələrdə bilavasitə iştirak edir, emal zamanı yaranan nöqsanları aradan qaldırır, emal sahəsinin işçi heyətini iş gedişatına uyğun idarə edir və yönləndirir;
  • Xammalın emalı, hazır məhsulun alınması və saxlanması mərhələrinin sanitar və gigiyenik standartlara uyğun olmasını daim nəzarətdə saxlayır və ola biləcək uyğunsuzluqlara görə məsuliyyət daşıyır;
  • Xammal, material və hazır məhsullar üçün texniki tələbləri nəzarətdə saxlayır;
  • İstehsal prosesinin mexanikləşdirilməsi və avtomatlaşdırılması vasitələrini tətbiq edir;
  • Yeni texnika və avadanlıqların tətbiqinin iqtisadi effektivliyinin müəyyən edilməsi üsullarını müəyyən edir.

İş şəraiti:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
  • İş vaxtı: 5 günlük, istirahət günü: şənbə, bazar
  • İş yeri: Bakı şəhəri, mütəmadi olaraq regionlara işgüzar səfərlər
  • Əmək haqqı: Müsahibə əsnasında müəyyən olunacaqdır

Vakansiyaya müraciət üçün CV-ləri “Emal sahəsi üzrə kiçik mütəxəssis” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur. 

İşəgötürənin reytinqi