Satış meneceri

  • PASHA Technology
  • Elanın qoyulma tarixi: 20.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas öhdəliklər:

  • İlkin satış görüşlərində iştirak etmək və müştəri ilə danışıqlar aparmaq, məhsullar və xidmətlərlə bağlı müvafiq təqdimatlar həyata keçirmək;
  • Müştərinin tələbinə uyğun olan məhsulları müəyyənləşdirmək və komanda ilə müzakirə etmək, lazım gəldikdə yeni məhsulun yaradılması üzərində çalışmaq;
  • Müştərinin tələbinə uyğun olaraq  IaaS, SaaS, Collacation xidmətlərini təyin və təmin etmək;
  • Müştərinin texniki suallarını müvafiq istiqamətdə yönləndirmək;
  • Satış öncəsi və satış sonrası müvafiq xidmətləri həyata keçirmək; müvafiq məlumatları texniki komandaya və aidiyyatı üzrə departamentlərə daha sonra isə müştəriyə təqdim etmək;
  • Şirkətin CRM sistemində bütün satış fəaliyyətlərini izləmək və mütəmadi olaraq hesabatları və müvafiq məlumatları yeniləmək;
  • “Billing” və CRM sistemi üçün müvafiq proseslərin avtomatlaşdırmasında istirak etmək;
  • Müştəri və potensial məhsullar haqqında müvafiq departamentləri məlumatlı saxlamaq, mütəmadi olaraq şirkətin təqdim etdiyi məhsul və xidmətlər üzrəində çalışmaq, yeniliklər tətbiq etmək, müvafiq satış analitikası apararaq məhsul və xidmətləri təkmilləşdirmək;
  • Məhsul və xidmətlərin satış planını işləyib hazırlamaq;
  • Cari və potensial müştərilərlə güclü, davamlı əlaqələr qurmaq;
  • Satış səylərini optimallaşdırmaq üçün digər komanda üzvləri və şöbələr ilə əlaqəli çalışmaq;
  • Müştəri sorğularını müvafiq satışa dəstək komandası ilə əlaqələndirmək.

Tələb olunan bilik və bacarıqlar:

  • Ali təhsil;
  • İT xidmətləri haqqında anlayışın olması;
  • MS Office proqramları ilə işləmə bacarığı;
  • Datacenter mühitində və Tier standartları barədə biliklər üstünlükdür;
  • Bulud modelləri, Bulud məhsulları və Bulud məlumat təhlükəsizliyi barədə biliklərə sahib olmaq üstünlükdür;
  • Güclü satış bacarığı;
  • Təşəbbüskar olmaq;
  • Təqdimat bacarıqları;
  • Danışıqlar aparmaq və ünsiyyətqurma bacarığı;
  • Vaxtın və stressin effektiv idarə olunması bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
  • Komandada işləmə bacarığı;
  • Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
  • Məntiqi və analitik düşünmə tərzi.

Təcrübə:

  • İT məhsulları və İT xidmətləri satışı üzrə 3-5 il təcrübə;
  • Azərbaycan, Rus və İngilis dilində səlis danışıq.

Son müraciət tarixi: 6 May  2022-ci il.

Müraciət etmək istəyən namizədlər vakansiyanın adını “mövzu” bölməsində qeyd etməklə CV-ni göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün  vakansiyanın tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaq

Email: [email protected]