Depo müdiri

  • Zakaz.az
  • Elanın qoyulma tarixi: 18.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Anbarın bölmələrinə rəhbərlik edilməsi, onların fəaliyyətinin istiqamətləndirilməsi və əlaqələndirilməsi;
  • Anbar ərazisində olan xüsusi texnika və avadanlıqların düzgün istismar edilməsinə nəzarət edilməsi;
  • Anbar bölmələri üzrə işçilərin iş bölgüsünün düzgün aparılmasının təmin edilməsi, iş rejiminə və davamiyyətinə nəzarət edilməsi;
  • İşdə fərqlənən işçilərin həvəsləndirilməsi, əmək intizamını  pozanlara dair dərhal müvafiq tədbirin görülməsi, təqdimat və ya müraciət ərizəsi ilə rəhbərliyin məlumatlandırılması;
  • Rəflərdə olan məhsulların son istifadə tarixinə (SİT) nəzarət olunması
  • Növbədə olduğu  müddətdə anbar ərazisini AQTA standartlarına uyğun təmin olunmasına nəzarət etmək
  • İnventarizasiya prossesində iştirak edilməsi;
  • Satış prosesinin idarə olunmasına nəzarət etmək
  • Yeni işə daxil olan Sifariş toplama operatorlarına təlimlərin keçirilməsi
  • Sifarişlərin düzgün yığılmasını və müştəriyə çatdırılmasını təmin etmək
  • Mal qalığına nəzarət etmək 
  • Malların qəbulunun təşkil edilməsi
  • Anbar uçotunda sənədləşmənin təşkili;
  • Anbar idarəetmə sisteminin optimillaşdırma prinsiplərin uyğun yenidən təşkili

Tələblər:

  • Yaş həddi: 22-35
  • Anbar idarəetməsində minimum 1 il (Market sahəsində olanlara üstünlük veriləcəkdir)
  • Nizam-intizamlı, qrupu idarə etmək, işçilərlə münasib davranış qabiliyyəti olan
  • Problem həll etmə bacarığı,yaranmış problemi cəld aradan qaldırma bacarığı (kreativlik)
  • İşə tez adaptasiya ola biləcək, qrupu tez bir zamanda inkişaf etdirəcək
  • Məsuliyyətli, dürüst və dəqiq
  • Dinamik iş şərtlərinə və dəyişkən iş saatlarına uyğunlaşa bilən

 İş şəraiti:

  • 6 günlük iş qrafiki
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müəyyən ediləcəkdir.

Vakansiya ilə bağlı müraciət etmək üçün CV formasını [email protected]  e-mail vasitəsilə mövzu yerinə “Depo müdiri” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.