Korporativ müştərilər üzrə Satış mütəxəssisi

  • Libra Kitab
  • Elanın qoyulma tarixi: 17.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas tələblər:

  • Minimum təhsil dərəcəsi: Orta-ixtisas
  • Kompüter bilikləri: MS Office ilə istifadə bacarığı;
  • Dil bilikləri: Azərbaycan dili səlis, (Rus dili üstünlükdür)
  • Yaş həddi: 22 – 30
  • Satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Komanda ilə işləmə bacarığı;
  • Yaradıcı və innovativ yanaşmalara açıq, öyrənməyə meyilli;
  • İnsani münasibətləri güclü, səlis danışıq və düzgün diksiya, ünsiyyətcil və inandırmaq qabiliyyəti yüksək;

Vəzifənin təsviri:

  • Öhdəçiliyindəki kitabları mağazalarda şirkətin merçendayzinq standartlarına uyğun rəflərdə yerləşdirilməsini təmin etmək
  • Təyin edilmiş marşrut üzrə mağaza ziyarətlərini həyata keçirmək
  • Satış nöqtələrində məhsulların yerləşdiyi rəfləri səliqəyə salmaq və daim onlara nəzarət etmək;
  • Mövcud müştərilər ilə əlaqələri gücləndirmək, yeni müştərilər qazanmaq;
  • Satış sonrası əməliyyatların, çatdırılma və ödəmə proseslərini izləmək və ödənişləri həyata keçirmək;

İş haqqında məlumat:

  • Nahar şirkət tərəfindən qarşılanır.
  • Sınaq müddətindən sonra əmək müqaviləsi bağlanılır.
  • İxtisas artırmaq üçün şirkət hesabına satış kursuna gedə bilərsiniz.
  • Əmək haqqı satış miqdarından asılı olaraq dəyişir.

Uyğun namizədlər CV-lərini “mövzu” yerinə “Satış mütəxəssisi” yazıb mail ünvanına göndərə bilərlər.

Qeyd: Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Libra Kitab tərəfindən digər vakansiyalar