Hüquq və İR menecer

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 16.12.2012
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavududur. “Synergy Groupun” tərkibində törəmə şirkət olan  “AAC” MMC məsaməli beton blokları və əhəngin istehsalı ilə məşğuldur. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.

Vəzifə: Hüquq və İR menecer

VƏZİFƏLƏRİ :

• Cəmiyyətin hüquq və insan resursları sahəsi üzrə işlərinin təşkil edilməsi;
• İnsan resurrlarının idarə edilməsi  üzrə  fəaliyyətə nəzarət edilməsi;
•  Cəmiyyətin struktur bölmələrinin təkmilləşdirilməsi, ştat cədvəli, müəssisənin struktur bölmələri üzrə əsasnamələrin və təlimatların işlənib hazırlanması üzrə iş aparılması;
• Cəmiyyətin bütün bölmələrinə əməyin təşkili və onun ödənilməsi məsələləri üzrə metodiki köməklik göstərilməsi;
• Əmək göstəricilərinin uçotunu və statistik hesabatların tərtib olunmasının təmin edilməsi;
• Cəmiyyətin hüquqi işlərinə metodiki rəhbərlik edilməsi, struktur bölmələrə hüquqi yardım göstərilməsi;
• Mülki-hüquqi müqavilələrinin bağlanılması, həmçinin onlara hüquqi əsaslandırılmış rəy verilməsi;
• Cəmiyyətin fəaliyyətində ortaya çıxmış hüquqi məsələlərin həllində, eləcə də  cəmiyyətin fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak edilməsi;
• Cəmiyyətin işçilərinə carı qanunvericilik haqqında məsləhətlər, habelə təşkilati-hüquqi və başqa hüquqi məsələlərə rəy verilməsi;
• Cəmiyyətin maraqlarını lazımınca müdafiə etmək məqsədilə etibarnaməli nümayəndə qismində məhkəmədə bütün zəruri prosessual imkanlardan istifadə edilməsi;
• İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan  işçilərə rəhbərlik edilməsi;
• Bir başa rəhbərinin ona həvalə edilmiş səlahiyyətlərindən irəli gələn işlərin yerinə yetirilməsi;
• Rəhbərliyin tapşırıqlarının yerinə yetirilməsinin təşkil edilməsi;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri arasında iş bölgüsünü aparılması;
• Rəhbərlik etdiyi fəaliyyət sahəsinin işçiləri ilə hüquq və insan resursları  dairəsinə aid olan məsələlərin müzakirə edilməsi, onların həll edilməsi üçün tapşırıqlar verilməsi;
• Rəhbərlik etdiyi işçilərin  işinə nəzarət edilməsi, onlardan verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirmələrinin tələb edilməsi;
• Tabeliyində olan işçilərdən müəssisə-daxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsinin tələb edilməsi;
• Cəmiyyətdə mövcud olan daxili prosedur və qaydalara uyğun işlərin təşkil edilməsi.

TƏLƏBLƏR:

• Ali hüquq təhsili
• 30-45 yaş
• Hüquq sahəsində 5 ildən az olmayan iş təcrübəsi
• Azərbaycan Respublikasının qanunvericiliyi
• Aktivlik, kreativlik və analitik düşünmə qabiliyyəti
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq
• Hüquqi aspektlərlə bağlı problemləri müəyyən etmək və mümkün həll yollarını tapmaq bacarığı
• MS Office-də işləmək bacarığı
• İngilis dili, Rus dilində sərbəst danışmaq bacarığı
             

Elaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Hüquq və İR menecer başlığı yazılmalıdır.