Layihə Rəhbəri

  • FSI Consulting
  • Elanın qoyulma tarixi: 13.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifə Öhdəlikləri:

  • Layihə Rəhbəri layihənin Strateji Məsləhət Komitəsinə sədrlik edir. Bu komitə “Gələcəyin Assosiasiyası” layihəsinin idarə edilməsində konsorsium üzvlərinin əməkdaşlığı, innovasiyası və yaradıcılığını da özündə ehtiva etməklə layihə ilə əlaqəli qərarların qəbul edilməsini yerinə yetirir.
  • Layihə Rəhbəri komitədə həmçinin tədqiqat suallarını dəstəkləmək üçün aralıq məlumat və sübutların öyrənilməsi, proqram fəaliyyətlərində düzəlişlər etmək və pilot layihələrin effektivliyini qiymətləndirmək istiqamətində konsorsium tərəfdaşları üçün müntəzəm təlim və analitik sessiyalarının təşkilinə cavabdeh olacaq.
  • Layihə Rəhbəri strateji və illik planlaşdırma fəaliyyətlərini yerinə yetirəcək, həmçinin layihənin konsepsiya sənədi çərçivəsində ilkin tədqiqat, benefisiar assosiasiyaların potensialının qiymətləndirilməsi, təlimçilərin seçilməsi və təlimlərin keçirilməsi, benefisiar assosiasiyalar üçün təlimlərin keçirilməsi, kiçik qrantların idarə edilməsi, müntəzəm monitorinq fəaliyyətləri, Rəqəmsal Layihə İdarəetməsi, Təlim İdarəetmə Sisteminin (LMS) yaradılması və istismarı da daxil olmaqla bütün fəaliyyətlərin təşkilini təmin edəcək.
  • Layihə Rəhbəri layihənin səmərəli və effektiv həyata keçirilməsi üçün müxtəlif tərəfdaşların töhfələrini eyni istiqamətə yönəlməsini uyğunlaşdıracaq. O, həm texniki, həm də idarəetmə rolunu oynayır, eyni zamanda layihənin dinamik fəaliyyəti zamanı effektli konsorsiumun yaradılmasında əlaqəndirici rolunu oynayacaqdır. O, effektiv, ardıcıl və səmərəli proqramlaşdırma, təkmilləşdirilmiş monitorinq, məlumatların təhlili və biliklərin idarə edilməsini təmin edəcək.
  • Layihə Rəhbəri Layihə Direktoruna hesabat verəcək və o, Layihə komandasının fəaliyyətinə birbaşa nəzarət edəcək.
  • Layihə Rəhbəri Layihə Direktorunun rəhbərliyi altında və tələb olunduqda, həmçinin layihə və onun nəticələri haqqında effektiv ünsiyyəti təmin edəcək, maraqların qorunması və digər təmsilçilik fəaliyyətini yerinə yetirəcək, donorların cəlb edilməsi, şəbəkə yaradılması və resursların səfərbər edilməsini təmin edəcəkdir.
  • Layihə Rəhbəri donor təşkilatına mütəmadi olaraq tələb olunan dövrü tərəqqi hesabatların vaxtında hazırlanmasını təmin edəcəkdir.

Tələb Olunan Təcrübə, Texniki Bilik və Bacarıqlar:

  • Dövlət idarəçiliyi, biznes idarəçiliyi, beynəlxalq münasibətlər və ya əlaqəli sahədə magistr dərəcəsi və ya onun ekvivalenti;
  • MS Office proqram təminatlarında səlis işləmək bacarıqları;
  • Büdcə və kadr idarəçiliyi, komanda heyətini həvəsləndirmək və onlara nəzarət etmək, proqramın planlaşdırılması, icrası, monitorinqi və qiymətləndirilməsi daxil olmaqla,ciddi fəaliyyətin idarə edilməsi və kompleks fəaliyyətlərdə uğur əldə etmək daxil olmaqla proqramların idarə edilməsi ilə bağlı liderlik və idarəetmə bacarıqlarını nümayiş etdirmiş;
  • Strateji proqram planlaşdırması, idarəetmə, nəzarət və büdcə ekspertizası ilə yanaşı inzibati, idarəetmə və hesabat prosedurları və sistemləri üzrə bilik və təcrübəyə malik olmaq;
  • Aşağıdakı texniki komponentlərdən hər hansı birində təcrübə: Biznes assosiasiyalarının inkişafı, araşdırmaların aparılması, yerli təşkilatların potensialının gücləndirilməsi, biznesin inkişafı;
  • Çoxtərəfdaşlı layihə proqramının idarə edilməsində , o cümlədən aşağıdakılar üzrə peşəkar təcrübə: müştəri münasibətlərinin idarə edilməsi, proqram iş planlarının hazırlanması, proqram büdcələrinin hazırlanması, proqramın icrasının idarə edilməsi və texniki partnyorlar təşkilatlarının idarə edilməsi;
  • Tərəfdaş və maraqlı tərəflərlə geniş şəbəkəsi, o cümlədən məhsuldar iş əlaqələri qurmaq və saxlamaq üçün nümayiş etdirilmiş potensial;
  • Müxtəlif partnyorlar arasında ümumi baxışı inkişaf etdirmək və çatdırmaq üçün sübut edilmiş bacarıq və tələb olunan multidissiplinar komandalara rəhbərlik etmək bacarığı;
  • Hər hansı biznes inkişafı ilə əlaqədar layihələrin idarəedilməsi sahəsində minimum 5 il iş təcrübəsi;
  • İşçilərin böyümə və inkişaf imkanlarına yönəlmiş idarəetmə qabiliyyət və bacarıqları;
  • İş proseslərinə effektiv nəzarət təcrübəsi və komanda qurmaq bacarıqları;
  • Tərəfdaşlar və həmkarlarla qərəzsiz və peşəkar iş münasibətləri nümayiş etdirmişdir;
  • İngilis və azərbaycan dillərində mükəmməl şifahi və yazılı ünsiyyət,təqdimat və kommunikasiya bacarıqlarına malik olmalıdır;
  • Rayonlara səyahət etməyə hazır olmalıdır.

Əgər bu işdə maraqlısınızsa və işin tələblərinə uyğun gəlirsinizsə bu halda müraciət üçün öz tərcümeyi hal (CV) və maraq məktubunuzu 18 aprel 2022-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz. Xahiş edirik, müraciətinizi təqdim etdiyiniz zaman mövzu olan yerdə “AMFA Layihə Rəhbəri” qeyd edəsiniz.

Email: [email protected]

FSI Consulting tərəfindən digər vakansiyalar