Monitorinq və qiymətləndirmə üzrə köməkçi

  • FSI Consulting
  • Elanın qoyulma tarixi: 02.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifə öhdəlikləri

  • Monitorinq və qiymətləndirmə üzrə menecerə fəaliyyətlərin monitorinqi və qiymətləndirilməsi zamanı dəstək olmaq,
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə xətti menecerə məlumat vermək,
  • Monitorinq və qiymətləndirmə üzrə hesabatların hazırlanmasında iştirak etmək,
  • Monitorinq və qiymətləndirmənin nəticələri əsasında zəruri hallarda AMFA- nın prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək.

Tələb olunan bacarıqlar:

  • Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • Effektiv şifahi ünsiyyət qurmaq və dinləmək bacarığı;
  • Effektiv təşkilati bacarıqlar;
  • Effektiv yazılı ünsiyyət bacarığı;
  • Kompüter bacarıqları, o cümlədən internet, elektron cədvəllər və mətn emalı üzrə proqramlar və yüksək təcrübi səviyyədə elektron poçtdan istifadə;
  • Vaxtın idarə olunması üzrə bacarıqlar.

Yanaşma:

  • Xoş, nəzakətli və səbirli yanaşma;
  • Cavabdeh, etibarlı və məsuliyyətli olmaq;
  • Təfərrüatlara diqqət yetirmək və yüksək səviyyədə dəqiqlik;
  • Keyfiyyət barədə məlumat;
  • Planla işləmək və artıq vaxt itkisinə yol verməmək.

Digər Tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə arzuolunandır)
  • Monitorinq və qiymətləndirmə üzrə vəzifələrdə ən az 1 il iş təcrübəsi arzuolunandır
  • Azərbaycan dili (sərbəst), ingilis dili (yaxşı), rus dili (arzuolunandır)

İş üçün ərizələri/müraciətləri tərcüməyi hal (CV) ilə bərabər 12 fevral 2024-cü il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz.

Qeyd: CV-nizi təqdim edən zaman müraciət etdiyiniz vəzifəni qeyd edin. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

FSI Consulting tərəfindən digər vakansiyalar