Project Assistant

  • Azali Group
  • Elanın qoyulma tarixi: 12.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş barədə məlumat:

Layihə Köməkçisi Layihə Koordinatorunun rəhbərliyi ilə Şirkət tərəfindən yerli və beynəlxalq tədbirlərin, idman yarışlarının və digər fəaliyyətlərinin yüksək səviyyədə həyata keçirdilməsinə dəstək göstərəcəkdir. Vəzifə üzrə əsas gözləntilər aşağıdakılardır:

  • Tədbirlər barədə məlumatların izlənməsi, layihə icra planına uyğun olaraq işlərin görülməsi və sənədləşmənin həyata keçirdilməsi;
  • Sifarişçilər ilə yazılı və şifahi ünsiyyətin qurulması, layihə və tədbirlər ilə bağlı tələblərin vaxtında müəyyən edilməsi və icrası üçün rəhbərliyə təkliflərin verilməsi;
  • Tədbirlər ilə bağlı 3-cü tərəf qurumlar ilə işgüzar əlaqələrin qurulması, qiymət sorğularının keçirdilməsi və ehtiyac olduğu təqdirdə görüşlərin təşkil olunması;
  • Tədbir büdcəsinin hazırlanmasında və xərclərin idarə olunmasında rəhbərliyə dəstək göstərilməsi;
  • Tədbirlərin həyata keçirdilməsində Layihə menecerlərinə dəstək göstərmək, layihənin bəzi elementlərinin müstəqil olaraq idarə edilməsi;
  • Sosial şəbəkələrin aktiv idarə edilməsi, paylaşımların hazırlanmasıda iştirak və fəaliyyətin qiymətləndirməsi;
  • Gələn zəngləri və korporativ adresə gələn emailləri qəbul etmək və onları təyinatı üzrə cavablamaq və istiqamətləndirmək;
  • Rəsmi görüşlərin təşkil edilməsi, təşkilat adına görüşlərdə iştirak etmək; 
  • Sənədlərin qəbulu və qeydiyyatı, tamlığına, ümumi sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək;
  • Vəzifə öhdəli ilə bağlı digər fəaliyyətlərin icra edilməsi.

ƏsasTələblər: 

  • Marketing, turizm, idarəetmə, ictimai əlaqələr və digər uyğun sahələr üzrə tamamlanmış və ya son kurs bakalavr təhsili;
  • Uyğun sahə üzrə təcrübə və könüllü proqramlarda iştirak üstünlük təşkil edəcək;
  • Təşkilatçı, kreativ, məsuliyyətli, ünsiyyətcil, gülərüz, aktiv, analitik düşüncəyə sahib olmaq;
  • Azərbaycan dilində sərbəst danışmaq, ingilis dili üstünlük təşkil edəcək;
  • Facebook, Linkedin, Instagram üzrə istifadəçi təcrübəsi;
  • Dizayn proqramlarında işləmək bacarığı üstünlük təşkil edəcək;
  • MS Office (MS Excel, MS Word,) proqramlarından sərbəst istifadə qabiliyyəti;

İş şəraiti:

  • Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq
  • İş qrafiki: həftədə 40 saatı keçməmək şərti ilə sərbəst qrafik
  • Nailiyyətlərə görə bonus və mükafatlar 
  • İş ilə bağlı ölkə daxili səfərlərin edilməsi gözləniləndir
  • Şirkətdaxili və kənar təlimlərdə iştirak

Maraqlanan namizədlər CV formalarını 20 Aprel 2022-ci il tarixi, saat 15:00-a qədər mövzu yerinə " Layihə Köməkçisi" yazaraq email ünvanına göndərə bilərlər.