1C üzrə operator

  • Sophie Couture
  • Elanın qoyulma tarixi: 12.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • 1C proqramında mühasibat uçotu və əmək haqqı hesablanmasının, avtomatlaşdırılmasının tətbiqi
  • Şirkətə daxil olan e-qaimələrin yoxlanması və təsdiqlənməsi
  • Gündəlik qaimə və qəbzlərin işlənməsi və mühasibat proqramına köcürülməsi
  • Şirkətin mühasibatlığa aid tələb edilən sənədlərinin hazırlanıb işlənməsi
  • Ödəniş üçün daxil olan sənədlərin yoxlanması, işlənilməsi
  • Hesabat üçün məlumatları hazırlamaq, mühasibat sənədlərinin qorunmasına nəzarət etmək
  • Gündəlik və aylıq hesabatların tərtib edilərək hesablar planına uyğun müxabirləşmələr edilməsi
  • Kreditorlar və debitorlarla üzləşmələrin analizlərin edilməsi
  • Pul vəsaitlərinin, əmtəələrin, materialların və başqa sərvətlərin hərəkəti ilə əlaqədar əməliyyatları mühasibat uçotunda əks etdirmək
  • Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Maliyyə və mühasibatlıq direktoru tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi

Namizəddə tələblər:

  • Müvafiq sahədə təcrübə: 1-3 il
  • Təhsil: Ali təhsil 
  • Dil bilikləri: Azərbaycan, Rus və İngilis dili
  • Yaş həddi: 20-30
  • Qadın namizəd

İş şərtləri:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi – Cümə)
  • İş saatı 9:00 –dan 18:00 -dək
  • Əmək haqqı 500  AZN 

Namizədlər CV –ni elektron məktubun mövzu bölməsində “1C operator” qeyd etməklə [email protected] müraciət edə bilərlər.

Sophie Couture tərəfindən digər vakansiyalar