Təchizat və logistika üzrə mütəxəssis

İşin təsviri

İş barədə məlumat:

  • Mallar üzrə texniki məlumat və qiymət araşdırılmasının aparılması
  • Müqavilələrin bağlanması
  • Müqavilənin icrası uçotunun aparılması
  • Gömrük rəsmiləşdirilməsi (sifarişlərin hazırlanması, gömrük rəsmiləşdiriməsi üçün lazımi olan bütün sənədlər paketinin təqdim olunması)
  • Malların gətirilməsi və anbara təhvil verilməsi üçün tələb olunan bütün işlərin görülməsi
  • Malların qeydiyyatının aparılması
  • Təchizat prosesinin gedişi haqqında həftəlik, aylıq hesabatların hazırlanması
  • Nəqliyyat dəyərinin hesablanması və təqdim edilməsi
  • Nəqliyyatın planlaşdırılması və sifarişi
  • İdxal və İxrac əməliyyatlarına nəzarət
  • Bazar qiymətlərinin monitorinqi, güvənli yerli və xarici logistika şirkətlərinin tapılması və risklərin dəyərləndirilməsi

Namizədə tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil üstünlükdür.
  • Azərbaycan dilini yüksək səviyyədə bilməli. (Xarici dili arzu olunandır)
  • Təchizat və Logistika istiqaməti üzrə təhsil və təcrübə üstünlükdür
  • Kompüter proqramları: MS Office (Word, Excel, PowerPoint, Outlook və s.)
  • Fərdi keyfiyyətlər: Etibarlılıq, məsuliyyət, müstəqil qərar vermək və ünsiyyət qurmaq

Nahar yeməyi ilə təminat.

İş vaxtı 9-00 dan 18-00 dək

İşə qəbul Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir

Əmək haqqı müsahibə əsasında təyin olunur.

Göstərilən tələblərə uyğun olan namizədlər CV formalarını [email protected] mail ünvanına göndərə bilərlər.