Daxili audit və nəzarət şöbəsinin mütəxəssisi

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şöbənin fəaliyyət istiqaməti üzrə aydın və uzun müddətli audit planının (strategiyanın) hazırlanmasında iştirak etmək;
  • Biznes və risklərin auditi zamanı aşkar edilən məsələlərin müzakirə edilməsində iştirak və müvafiq qaydada həll yollarına dair təklif vermək;
  • Audit olunmalı sahədə audit testlərini həyata keçirmək və məruzə olunmalı məsələləri və riskin ölçülərini təyin etmək; 
  • Agentliyin struktur bölmələrində səlahiyyətləri çərçivəsində daxili nəzarət tədbirlərini və audit yoxlamalarını müəyyən olunmuş vaxt çərçivəsində həyata keçirmək;
  • Riskyönümlü audit proqramlarını tərtib etmək və müvafiq qaydada şöbə müdirinə təqdim etmək;
  • Nəzarət tədbirlərinin və yoxlamaların həyata keçirilməsi zamanı audit rəylərini sənədləşdirmək;
  • Agentliyin struktur bölmələri və əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
  • Audit sahəsində beynəlxalq təcrübənin araşdırılması və Agentliyin fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək; 
  • Şöbəyə daxil olan ərizə, təklif və şikayətlərin araşdırılması və cavablandırılmasını təmin etmək;
  • Şöbə müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Vəzifəsi üzrə şöbə müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Tələblər:

  • Ali təhsil (audit, hüquq və iqtisadiyyat ixtisasları üzrə);
  • Audit, daxili nəzarət, risk idarəçiliyi sahələrində azı 1 il iş stajı;
  • Daxili Audit Standartları haqqında son biliklər və təcrübədə tətbiq etmək bacarığı; 
  • Problemlərin həlli və audit nəticələri üzrə razılığın əldə olunması bacarığı; 
  • Ofis proqramlarında işləmə bacarığı;
  • Azərbaycan dilini səlis və ingilis dilini orta səviyyədə bilməsi.

Digər:

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
  • İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00; 
  • İstirahət günləri: şənbə və bazar günləri;
  • Vakansiya üzrə müraciətin son müddəti: 06 May 2022-ci il;
  • İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza.

Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Audit –mütəxəssis) qeyd edin.