Maliyyə monitorinqi üzrə mütəxəssis (Bakı)

  • Superfon
  • Elanın qoyulma tarixi: 07.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Filialların borc portfelini hesabatlar əsasında təhlil etmək və şübhəli halları aşkar etmək;
  • Filiallarda verilmiş debitor borcları monitorinq etmək və monitorinq olunan borcların keyfiyyətini qiymətləndirmək;
  • Monitorinq zamanı müəyyən olunan potensial risk və nöqsanlar barədə rəhbərliyə məlumat vermək və zəruri hallarda şirkətin daxili qaydalarında, prosedurlarında dəyişikliklərin edilməsi üzrə tövsiyələr vermək;
  • Filiallarda keçirilmiş monitorinqin nəticələri üzrə hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
  • Ehtiyac yarandığı halda mövcud müştərilərin növbədən kənar monitorinqini keçirmək;

Tələblər:

  • İqtisadi, maliyyə, riyazi və digər analitik ixtisaslar üzrə ali təhsil;
  • Analitik təhlil və riyazi hesablamalar apara bilməyi bacarmalıdır;
  • MS Office proqramlarını (xüsusi ilə də MS Excel) normal səviyyədə bilməlidir
  • Dəqiq, diqqətcil və məsuliyyətli olmalıdır;
  • İşgüzar ünsiyyət və danışıqlar aparılmasını bacarmalıdır.
  • Şəxsi avtomobilin olması vacibdir.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Korporativ mobil nömrə;

Əmək haqqı bazar rəqabətlilidir və müsahibə əsasında müəyyənləşdiriləcəkdir.

Müraciət qaydaları:

CV-nizi elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “ Maliyyə monitorinqi üzrə mütəxəssi (Bakı)” yazıb göndərməklə müraciət edə bilərsiniz. Yalnız vakansiyanın tələblərini qarşılayan namizədlər iş müsahibəsinə dəvət olunacaqlar.

Email: [email protected]

İşəgötürənin reytinqi