Satış üzrə şöbə müdiri

  • Pharmaline Group
  • Elanın qoyulma tarixi: 07.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzi̇fə haqqinda məlumat:

  • Satış şöbəsinin iş prosesinə rəhbərlik edir;
  • Satış prosesinin məhsuldarlığının artırılması, iş proseslərinin optimallaşdırılmasına, satış sürətlərinin artırılması prosesinə rəhbərlik edir.
  • İşin icra proseslərində sənədlərinin doğru-düzgün tərtib olunmasına rəhbərlik edir;
  • Əməyin mühafizəsi norma, qayda və təlimatlarına riayət etmək, satış sahəsi üzrə işçilər tərəfindən bu qaydalara riayət edilməsinə rəhbərlik edir;
  • Satış  prosesinin nəticələrini özündə əks etdirən sənədlərin toplanması, saxlanması, hesabatlarda əks etdirilməsinə rəhbərlik edir;
  • Həftəlik Satış planına nəzarət edilməsinə və plana uyğun günlük icra edilməli işlərə rəhbərlik edir; 
  • Müəyyən olunmuş aylıq, rüblük və illik hesabatların, aparılmasına nəzarət edir
  • İş prosesində satış  faizlərinin artmamasına nəzarət edir.
  • Satış şöbəsinin illik hədəflərinin alt qrup işçilər ilə tanış edilməsini icra edir. 

Əmək Funksi̇yası:

  • Müəssisənin idarəetmə sisteminin tələblərindən irəli gələn vəzifələri yerinə-yetirir;
  • Şirkətin satış planına tələblərinə cavab vermək üçün işçilər arasında iş bölgüsü aparmaq, iş qrafiklərini və ya işçilərin iş rejimini planlaşdırmaq;
  • İş vaxtının səmərəli istifadəsi məqsədi ilə iş yerində işçi heyəti və ya təcrübəçilər  üçün təhsil sisteminin tətbiqi və onların inkişafını planlaşdırmaq;
  • İşçiləri iş planı barədə məlumatlandırmaq və satış planlarının icrası məqsədi ilə onların işini təşkil etmək;
  • Tabeçilikdə olan işçilərin əmək intizamına riayət etməsinə, funksional öhdəliklərin yerinə yetirilməsinə, korporativ normaların izlənməsinə, müştərilərin idarə olunmasına və müştərilərə xidmətə nəzarət etmək;
  • Tabeçilikdə olan işçilərin işini təhlil etmək, onların peşəkar imkanlarının qarşıya qoyulan məqsəd və tapşırıqlara uyğunluq səviyyəsini müəyyən etmək;
  • Tabeçiliyində olan işçilər ilə həftəlik toplantıların keçirilməsi və yaranmış problemlərin zamanında qarşının alınması.
  • Satış şöbəsinə yeni işçilərin seçilməsində, işə götürülməsində, təlimlərin təşkil edilməsində, qiymətləndirilməsində iştirak etmək və məsləhətlər vermək;
  • Satış şöbəsinin yeni işçiləri üçün İnsan Resursları şöbəsi ilə birlikdə adaptasiya planı hazırlamaq və onun icrasına nəzarət etmək;
  • Müştərilərdən mütəmadi etiraz edilən sifarişlərin analiz edilməsi, səs yazılarının dinlənilməsi və yaranmış problem ilə əlaqəli operativ qəraların verilməsi. 
  • Sifarişlər zamanında müştərilərə çatdırılmasa, çatdırılmama problemlərinin araşdırılması və problemin aradan qaldırılmasını icra etmək. 
  • İşçilərin biliklərinin yoxlanılmasında iştirak edir. 
  • İllik satış planının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
  • İllik satış və təşviqat proqramı hazırlamaq;
  • Satışın və xalis gəlirin həcmini maksimum səviyyədə artırmaq məqsədi ilə gündəlik satış barədə məlumatları təhlil etmək;
  • Satış sahəsinin siyasətini, inkişaf perspektivlərini və texniki cəhətdən yenidən qurulmasını müəyyən edir.

Səri̇ştəli̇li̇k:

  • Ünsiyyətcillik;
  • Aktiv fəaliyyət;
  • İnkişaf etmiş intellekt: sosial-emosionallıq;
  • Düzgün nitq;
  • Müştərilərlə uzunmüddətli ünsiyyətdə səbr;
  • İnandırmaq bacarığı;
  • Təşkilatçılıq bacarığı;
  • İstənilən vəziyyətdə tez naviqasiya etmək bacarığı;
  • Qərar qəbul etmək bacarığı.

Nami̇zədə Tələblər:

Bi̇lməli̇di̇r:

  • İşgüzar əlaqələr qurmaq və əlaqələrin daim saxlamaq bacarığı;
  • Fikirlərini düzgün ifadə etməyi;
  • İdarəetmənin təşkil edilməsi
  • Həmsöhbəti dinləmək, söhbət prosesində ehtiyaclarını öyrənmək bacarığı
  • Satışın texnikalarından, psixologiyasından və prinsiplərindən istifadə edərək,  alıcıların alış üçün motivə etməyi;
  • Ali təhsil 
  • Rus dili bilikləri yüksək 

Di̇gər Tələblər:

  • Yaş həddi: 28-45
  • Satış və Marketinq sahəsi üzrə 5 il iş təcrübəsi 

Müəssi̇sə Tərəfi̇ndən Təmi̇natlılıq:

  • CRM (Customer Relationship Management) "Müştəri Münasibətlərinin İdarə Edilməsi" Marketing sisteminin öyrədilməsi 
  • İdarəetmə və inkişaf təlimlərində iştirak
  • Əmək haqqı namizədin bilik və təcrübəsinə əsasən təyin 

Əmək Münasi̇bətləri̇:

  • Seçilən namizəd 1 həftə ərzindən müəssisənin Təlim Akademiyası ilə tanış olmalıdır. 
  • Operator call centerin, Satış üzrə mütəxəssisin işlərini icra etməlidir. 
  • Bu işlərin təlimindən uğurla keçən namizədlər Satış şöbə müdiri kimi işə qəbul edilir və yeni yaradılan satış şöbəsinə seçiləcə kadrların seçimində fəal iştirak edir. 
  • Yeni kadrlara icra edilən işlər haqqında təlimlərin keçirilməsində iştirak edir. 
  • Satışın artırılması və kadrların inkişaf  etdirilmə layihələrində iştirak edir.

İş qrafi̇ki̇ və ünvan barədə məlumat:

  • İş qrafiki həftənin 6 günü, saat 09:00- 18:00
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu
  • Əlaqə nömrəsi: 070-220 43 93
  • Əlaqədar şəxs: Səidə Ağayeva 

Müraciət etmək istəyən namizədlər CV-lərini Şöbə müdiri  [email protected] qeyd edərək göndərmələri xahiş olunur.