KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer

  • Azerlotereya
  • Elanın qoyulma tarixi: 05.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Hesabat verir: Marketinq Direktoruna

Əsas öhdəliklər:

  • KSM üzrə uzun müddətli strategiyanın, siyasətin hazırlanması, müxtəlif istiqamətlər (Təhsil, elm, idman, sosial təminat, ekologiya və s.) üzrə KSM proqramlarının hazırlanması və fəaliyyətlərinin planlaşdırılması;
  • Sosial tərəfdaşlıq, sosial məsuliyyət və sosial proqramların təşkilində uğurlu korporativ təcrübələrin təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • KSM ilə əlaqədar əsas paydaşların (Cəmiyyət, media, hökümət, müştərilər və s.) ehtiyaclarının araşdırılması, təhlil edilməsi və müvafiq təkliflərin hazırlanması;
  • Müxtəlif KSM layihələrinin təşəbbüsü və icra edilməsi, bu istiqamətdə tərəfdaşlarla müvafiq işlərin aparılması, koordinasiyanın təşkil edilməsi;
  • KSM layihələrinin icrası ilə əlaqədar müvafiq dövlət və özəl qurumlar, təşkilatlar, agentliklə, konüllülərlə və s. əməkdaşlıq edilməsi, layihənin tam şəkildə icrasının təmin edilməsi;
  • Dövlət orqanları ilə qarşılıqlı ictimai əlaqələrin qurulması;
  • KSM layihələrinin A-dan Z-yə planlaşdırılması, büdcələnməsi, icra edilməsi, hesabatın təqdim edilməsi işlərinin görülməsi;
  • İllik KSM büdcəsinin hazırlanması, xərclərə nəzarət edilməsi, büdcənin effektiv idarə edilməsi;
  • KSM layihələri çərçivəsində müxtəlif tədbirlərin (konfrans, seminar, təlim və s.) təşkil olunması;
  • KSM layihələrinin işıqlandırılması ilə əlaqədar olaraq PR və Marketinq şöbələri ilə yaxından çalışılması;
  • Periodik KSM fəaliyyət hesabatlarının hazırlanması;
  • KSM məsələləri üzrə proseslərin və sənəd dövriyyəsinin idarə edilməsi.

Tələblər:

  • İctimaiyyətlə əlaqələr, korporativ ünsiyyət və ya marketinq sahəsində ali təhsili olmalı;
  • İctimaiyyətlə əlaqələr, KSM və ya marketinq kommunikasiyaları sahələrində ən azı 5 il iş təcrübəsi olmalı;
  • Güclü analitik bacarığı. Mürəkkəb məsələləri/problemləri müəyyən etmək və həll etmək bacarığı;
  • Təşklatçılıq və təmsil etmək bacarığı;
  • Komanda işi və əməkdaşlıq etmə bacarığı;
  • Tədbirlərin təşkilatçığı təcrübəsi olana üstünlük veriləcəkdir;
  • Azərbaycan, İngilis dillərini səlis bilməsi; Türk və Rus dillərini bilənlərə üstünlük veriləcəkdir;
  • MS Office proqramlarını bilməli; Power Point programını yüksək səviyyədə bilənlərə üstünlük veriləcəkdir.

Maraqlanan namizədlər öz CV-lərini mövzu (subject) hissəsində "KSM (Korporativ Sosial Məsuliyyət) üzrə Menecer" yazmaqla [email protected]  e-poçt ünvanına göndərmələri xahiş olunur.  

İşəgötürənin reytinqi