Topdan satış üzrə menecer

  • Elanın qoyulma tarixi: 04.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Təhsil: Orta ixtisas təhsili və ya ali təhsil
  • Təcrübə: Eyni vəzifədə ən azı 4 il iş təcrübəsi (mebel sənayesində müvafiq təcrübəyə üstünlük verilir)
  • Yaş: 28-45
  • Dil bilikləri: Rus dili tələb olunur, ingilis dili arzuolunandır (Müəssisə rəhbərliyinin Rus milliyəti olmasını və Müəssisənin Baş ofisinin xaricdə yerləşməsini nəzərə alaraq)
  • Kompüter bilikləri: MS Excel, MS Outlook, 1C

Vəzifələr:

  • Bakıda və Azərbaycanın regionlarında topdan satışın qurulması, müştəri bazasının formalaşdırılması;
  • Matras, çarpayı və yuxu məhsullarının topdan satışı üzrə danışıqların aparılması, müqavilələrin bağlanması;
  • Bağlanmış müqavilələrin tələblərinin vaxtında və tam şəkildə yerinə yetirilməsinə nəzarət, müqavilənin icrasının bütün mərhələlərində Sifarişçi ilə qarşılıqlı əlaqə (bütün yaranan problemlərin həlli);
  • İstehlak bazarının öyrənilməsində, istehlakçılarla kommersiya əlaqələrinin formalaşmasında və genişləndirilməsində, istehlakçıların tələb və tələblərinin ödənilmə dərəcəsinin, məhsulların istehsalı və satışı üzrə uzunmüddətli və illik planların layihələrinin hazırlanmasında, satış proqnozlarının hazırlanmasında iştirak;
  • Görülən işlərin qeydinin aparılması

İş qrafiki: 5 günlük iş qrafiki

Korporativ nömrə və yanacaq müəssisə tərəfindən təmin olunur

Əmək haqqı: müsahibə zamanı müəyyən olunacaq (fiks əmək haqqi 1000-1500 (fix) + faizlər)

Şəxsi avtomobilin olması üstünlükdür.   

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Topdan satış üzrə menecer” adını qeyd etməklə [email protected]  göndərmələri xahiş olunur.