Prorab

  • Retail Solutions
  • Elanın qoyulma tarixi: 04.04.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək.
  • Sahədə təmir işlərinin ardıcıllıqla aparılmasını təmin edir.
  • İşlərin istehsalat layihəsinə uyğun yerinə yetirilməsini təmin edir. İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlayır. 
  • İnşası başa çatmış obyektlərin, eləcə də tikililərin obyektlər üzrə ayrı-ayrı hazır mərhələ iş komplekslərinin sifarişçiyə təhvil verilməsində iştirak edir.
  • Fəhlələrin əmək mühafizəsi təlimatlarına əməl etməsinə nəzarət edir. 
  • Tabeçiliyində olan kollektivi idarə etmək və kollektivin qayğısına qalmaq;
  • Fəhlə heyətinin işini təşkil etmək;
  • Əmək intizamı çərçivəsində işin keyfiyyətinə nəzarət etmək;
  • Əməyin təhlükəsizliyini təmin etmək;
  • İşin gedişatı barədə mütəmadi olaraq rəhbərliyə məlumat vermək;

Tələblər:

  • Ali təhsil (İnşaat sektoru arzuolunandır)
  • Məsuliyyətli, dəqiq, ciddi
  • Kompüter biliyi: MS office (Word, Excel) və AutoCad
  • İş təcrübəsi- təmir və tikinti sahəsində 1-3 il arası təcrübə
  • İntizam qaydalarına, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək
  • Təşkilatçılıq və idarəçilik bacarıqlarına malik olmalı

Əmək haqqı: Müsaibə əsasında müəyyənləşəcək

Müraciət etmə qaydası:

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

CV-lər mail ünvanına göndərilməlidir, mövzu sətrində “ Prorab” qeyd olunmalıdır;

CV-lər 30 aprel, 2022-ci il tarixinə qədər göndərilməlidir.

Diqqət: Qeyd olunan tələblərə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən, cv-sində şəkili olmayan və son tarixdən geç müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

 

Email: [email protected]