Sayım və inventarizasiya üzrə mütəxəssis

  • Retail Solutions
  • Elanın qoyulma tarixi: 29.03.2023
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Mağazalarda, ictimai iaşə obyektlərində, zavod və fabriklərdə, ofislərdə və s. stok sayımı və əsas vəsait sayımı etmək;
  • İşdən əvvəl sayım komandasının toplanması və təlimatlandırılması;
  • Sayım təyin olunmuş obyektlərdə prosesin təşkili və ona nəzarət;
  • Sayım komandasının idarə olunması;
  • Sayımın maksiumum dəqiqliklə keçirilməsi üçün səmərəli metodların tətbiqi;
  • İş müddətində yaranmış texniki problemlərin həll edilməsi və müştəri tərəfindən verilən sualların cavablandırılması;
  • Sayım nəticəsi və stok qalığının qarşılaşdırılması;
  • Yaranmış fərqlərin yerində və maksimum dəqiqliklə araşdırılması;
  • Əsas vəsaitlərin müəyyən şablon əsasında qeydiyyatı, barkodlaşdırılması;
  • Yekun nəticəyə dair aktların bağlanması;
  • Şirkət tərəfindən təmin olunan texniki avadanlıqların və digər vəsaitlərin işçilər tərəfindən düzgün istismarına nəzarət;
  • Sayım zamanı müştəri tərəfindən həyata keçirilən və öz öhdəliyimizdə olan təhlükəsizlik tədbirlərinə riayət olunmasına nəzarət.

Tələblər:

  • Yaş həddi: 22-dən yuxarı;
  • Ali təhsil;
  • Müvafiq sahə üzrə və ya pərakəndə sektorunda minimum 1 il iş təcrübəsi;
  • Komputer bilikləri (yaxşı);
  • MS Excel bilikləri (yaxşı);
  • Əl terminalları, barkod oxuyucuları ilə işləmə bacarığı;
  • Barkod sistemləri haqqında biliklər;
  • Dəqiqlik, məsuliyyətlilik və punktuallıq;
  • Stres altında işləmə bacarığı;
  • Komanda ilə işləmə bacarığı;
  • İşi planlama bacarığı;
  • Gecə saatlarında işləyə bilmək.

Əlavə məlumat:

  • İş qrafiki dəyişkəndir;
  • Əsasən gecə növbəsi işləri olur;
  • Bütün avadanlıqlar şirkət tərəfindən təmin olunur;
  • İctimai nəqliyyatın işləmədiyi saatlarda nəqliyyat xərcləri şirkət tərəfindən qarşılanır.

Əmək haqqı: Başlanğıc: 500 AZN

Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur: 

CV-lər müraciət et bölməsində qeyd olunan mail ünvanına göndərilməlidir.

Mövzu sətrində “Sayım və inventarizasiya üzrə mütəxəssis” qeyd olunmalıdır;

CV-lər 28.04.2023-cü il tarixinə qədər göndərilməlidir.

Diqqət: Qeyd olunan tələblərə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən, CV-sində şəkili olmayan və son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq.

Email: [email protected]

Retail Solutions tərəfindən digər vakansiyalar