Helpdesk

  • Kalem Yazılım
  • Elanın qoyulma tarixi: 29.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • İstifadəçilərin  qəbul olan müraciətlərinin icrasını həyata keçirir;
  • Telefon zəngləri və ya şifahi formada daxil olan müraciətlərin icrasını həyata keçirir;
  • Şirkətin kompüter və ofis texnikasının mütəmadi profilaktikası və diaqnostikasının keçirilməsi, eləcə də profilaktika və diaqnostika zamanı ortaya çıxan nasazlıqların aradan qaldırılması;
  • Yeni kompüterlərin hazırlanması və proqram təminatları ilə təmin edilməsini həyata keçirmək;
  • Yeni iş yerlərinin hazırlanması, Cəmiyyətin cari və  yeni açılan filiallarının İT infrastrukturun qurulması, kompüter və ofis texnikasının sazlanması;
  • İşçi yerlərinə kabellərin çəkilməsi və sonlanmasını həyata keçirir;
  • İşçilər tərəfindən istifadə olunan proqram təminatlarında yaranmış suallarını ətraflı cavablandırır;
  • Yaranmış texniki problemlər həll olunması ilə bağlı ezamiyyətə getməklə problemlərin yerində həll olunmasını icra edir;
  • Departamentin rəhbəri, onun müavinin şifahi və ya yazılı verdiyi tapşırıqları vaxtı-vaxtında icra edir;

Tələblər:

  • 1 il iş təcrübəsi;
  • İngilis dili (texniki);
  • MS Office proqram təminatlarını əla vəziyyətdə bilməli;
  • TCP / IP, DHCP və DNS protokolu
  • Windows əməliyyat sisteminin quraşdırılması, sazlanması və idarə edilməsi;
  • Serverlər haqqında fundamental bilikləri olmalı;
  • Şəbəkənin əsaslarına dair minimal nəzəri və praktik bilikləri olmalı;
  • Analoq və İP kameraları ilə, DVR və NVR-ların quraşdırılması, sazlanması və idarəetmə bacarığı olmalı;
  • Printerlərin və digər periferik qurğularla bağlı proqram səviyyəli nasazlıqlarının aradan qaldırılmasını bacarmalı;
  • Analitik düşünmək və problemi qısa zamanda həll etmək bacarığı olmalı;
  • Məsafədən idarəetmə proqramları ilə işləmək bacarığı olmalı (remote service);
  • Kabellərin sonlandırılmasını bilməli.

Əlavə məlumat:

  • Əmək haqqı razılaşma əsasında;
  • İş saatları: 9:00-dan 18:00-dək, (Şənbə 9:00-dan 14:00-dək)
  • İş yeri: Baki şəhəri, Nerimanov Metrosu yaxinliginda
  • Yalnız oğlan namizədlər müraciət etsin.

Email: [email protected]