Baş mühasib

  • Rifah Group
  • Elanın qoyulma tarixi: 29.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Vergi orqanları ilə yazışmalar
  • Vergi sahəsi ilə bağlı əməliyyatlar – bütün vergi hesabatlarının göndərilməsi
  • E-Qaimə fakturalarının yazılması, gömrük bəyannamələri ilə bağlı əməliyyatlar, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarığı.
  • Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Gündəlik və aylıq maliyyə hesabatların tərtib edilməsi
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması
  • E-portal proqramı ilə işləmək bacarığının olması.
  • Sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirtmək
  • Vergi hesabatlarının (Əmlak, Torpaq, ƏDV, ÖMV, Mənfəət) hazırlanması və təqdim edilməsi
  • DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi
  • BTP proqramında işləməklə vergi bəyannamələri göndərmək və vergi məsələləri ilə bağlı -işlərdə birbaşa iştirak etmək
  • Beynəlxalq mühasibatlıq standartlarına uyğun butun növ hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Müvafiq vəzifə üzrə 3-5 ildən az olmayan iş təcrübəsi
  • Yüksək analitik və mütəşəkkillik düşünmə qabiliyyəti;
  • MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı
  • Vergi Məcəlləsini bilməli,Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli
  • İş günlərinin sayı 6 gün, şənbə günü qısaldılmış
  • Komandada işləmək bacarığı

Əmək haqqı: Razalaşma yolu ilə

İş yeri: Bakı şəhəri

İş qrafiki: 6 günlük

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən xahiş olunur mövzu sətirində “Baş mühasib” qeyd edərək CV-lərini [email protected] elektron poçt ünvanına göndərsinlər.