Maliyyə nəzarəti və planlama şöbəsinə aparıcı/ böyük mütəxəssis

  • STP-AH MMC
  • Elanın qoyulma tarixi: 28.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyatın idarə edilməsi sahəsində ali təhsilli;
  • Maliyyə sahəsində 3-5 illik iş təcrübəsi olan;
  • Əlavə nəaliyyətlər (ACCA, CIMA və ya CFA) üstünlükdür;
  • Komandada işləmə bacarığı, ünsiyyət, işgüzarlıq, idarəedicilik baxımından yüksək bacarıqlara sahib olmalı;
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə sahib olmalı.

Hansı işləri görəcəksiniz:

  • Maliyyə vəsaitlərin hərəkətinin uçotun aparılması və maliyyə uçotunun standartlarına uyğun olaraq maliyyə fəaliyyətinin nəticələri barədə hesabatların tərtibatı;
  • Maliyyə vəsaitlərinin istifadəsində effektivliyin yüksəldilməsinə, onların qənaətinə, mühasibat uçotunun düzgün təşkilinin təmin olunmasına istiqamətlənmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Maliyyə cədvəllərinin hazırlanması, statistik hesabatların verilməsi üçün məlumatlar hazırlamaq;
  • Maliyyə ehtiyatlarının yetərli olub-olmamadığını müəyyən etmək üçün maliyyə nisbətlərin hesablanması;
  • Maliyyə riskinin müəyyən edilməsi;
  • Rəhbərlik tərəfindən müəyyən edilən  hesabatların hazırlanması, təhlil edilməsi və  təqdimatların hazırlanması;
  • Aylıq maliyyə hesabatının bağlanılmasını həyata keçirilməsi;
  • Maliyyə siyasəti və prosedurlarının hazırlanması;
  • Maliyyə ehtiyatlarının və maliyyə xərclərinin analiz edilməsi və s.

Əlavə məlumatlar:

  • Əmək haqqı razılaşma əsasında; 
  • Şirkət tərəfindən naharla, nəqliyyatla təmin edilmə;
  • İş vaxtı: Bazar ertəsi - Cümə, 08:00 – 17:00, 5 günlük iş həftəsi
  • İş yeri Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşir.

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “ aparıcı və ya böyük mütəxəssis” yazaraq 29.04.2022 il tarixinədək  [email protected]    göndərmələri xahiş olunur.