6-cı dərəcəli elektrik

  • Fortis Group
  • Elanın qoyulma tarixi: 27.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizədə tələblər:

  • Yaş həddi 25-45;
  • Elektrik sahəsi üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • Yüksək gərginlikli xəttə müdaxilə etmə icazəsi olmalı;
  • Diqqətli, çevik və məsuliyyətli olmalı;
  • Kollektivdə işləmək bacarığı olmalı;

Əsas vəzifə öhdəlikləri:

  • Mürəkkəb elektrik sxemlərinin tərtibi, quraşdırılması, təmiri və sazlanması.
  • 110kv elektrik avadanlıqları paylayıcılarında operativ əməliyyatın aparılması.
  • Yüksək gərginlikli paylayıcı qurğuların quraşdırılması, təmiri, sazlanması və işə buraxılması.
  • Yüksək gərginlikli avadanlıqların idarəetmə sxemlərinin yığılması, sazlanması və işə buraxılması.
  • Yüksək gərginlikli kabellərə birəşdirici və sonluq muftalarının qoyulması.
  • Yüksək gərginlikli avadanlıqların, ikinci xətt  komutasiya xətlərinin təmiri, yoxalanılması, sazlanması və işə buraxılması.
  • Yüksək gərginlikli ayırıcıların təmiri, cərəyan keçirici kontaktların dəyişdirilməsi, sazlanması, selektivliyinin və kontakt sıxlığının yoxlanması.  
  • Yüksək gərginlikli xətlərin gərginlik altında yoxlanılması.
  • 1000V-a qədər və 1000V- dan yuxarı elektrik  maşınlarında diyircəkli yastıqların yağlanması, dəyişdirilməsi, kömürlərin dəyişdirilməsi və sıxlığının yoxlanılması. 
  • Sabit cərəyan mühərriklərinin təmiri, sazlanması və işə buraxılması.
  • Elektrofiltirlərin, elektrik maqnitlərinin, hərəkət sonluqlarının, sensorların təmiri, yoxlanılması, sazlanması və işə buraxılması.
  • Bir neçə elektrik mühərrikinin sinxron işə buraxılması.
  • İş zamanı təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
  • Vəzifəsindən irəli gələn digər işləri yerinə yetirmək.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

  • Nahar ilə təmin edilir.
  • İş yerinə servislə çatdırılır.

Göstərilən tələblərə cavab verən namizədlər CV-lərinin mövzu yerinə “6-cı dərəcəli elektrik” yazaraq göndərə bilərlər. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır

İşəgötürənin reytinqi