Sex rəisi

  • Damla Mebel MMC
  • Elanın qoyulma tarixi: 27.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Sexin işinin təşkili və idarə edilməsi;
  • İstehsal texnologiyasını (avadanlıqların texniki göstərişlərini və işləmə prinsiplərini) bilmək və səmərəli idarə etmək; 
  • Təhlükəsizlik texnikası qaydalarına riayət etmək və sex işçilərini daimi məlumatlandırmaq; 
  •  Sexdə işin səmərəliliyi və faydalı iş əmsalını artırmaq üçün təkliflər vermək;
  • Məhsulun istehsalı və qablaşmasının tələb olunan standartlara uyğun olmasına nəzarət etmək; 
  • Aylıq qoyulan istehsal planını icra etmək; 
  • İstehsal müdirinə hesabatları hazırlayıb təqdim etmək. 

Namizədə tələblər: 

  • Ali Təhsilli  
  • Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;   
  • Komanda ilə işləmək bacarığı; 
  • İdarəçilik bacarıqları;
  • Təşkilati və analitik bacarıqlar;  
  • Microsoft office proqramlarından istifadə bacarığı.  

İş şərtləri: 

  • Həftədə 6 iş günü, 1 gün istirahət;  
  •  Əmək haqqı: 700-800 AZN 
  • Korporativ nömrə və danışıq vaxtı şirkət tərəfindən təmin edilir. 
  • İş yeri Abşeron r-nu, Masazır qəs., Villa Badam yaşayış kompleksinin yaxınlığı 
  • İşçilərin daşınması üçün servis xidməti var (Sumqayıt, Xırdalan şəhərləri, Saray qəsəbəsi və 20 Yanvar metrosundan.) 

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına mövzu yerinə “Sex rəisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar.