İOS proqramçı

  • ABB ASC
  • Elanın qoyulma tarixi: 14.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

ABB komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması; 
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirakı;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • IOS platformasında mobil tətbiqetmələrin dizaynını və qurulmasını həyata keçirmək; 
  • Xidmət və sistemləri mobil tətbiqetmələrə inteqrasiya etdirməkı; 
  • Tətbiqlərin keyfiyyətini və işləməsini təmin etmək, mobil tətbiqetmələrin monitorinqi, tətbiq səhvlərini düzəltmək və digər texniki problemləri həll etmək; 
  • Potensial problemləri müəyyənləşdirmək və tətbiq problemlərini həll etmək;
  • Davamlı olaraq tətbiq yeniləməsini hazırlamaq.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilə; 
  • IOS proqramlaşdırma sahəsində minimum bir il iş təcrübəsinə;
  • Objective-C və ya Swift dillərindən istifadə etmə bacarıqlarına;
  • OOP, Apple dizayn prinsipləri və interface təlimatları haqqında məlumatlılığa;
  • MVVM & MVC dizayn prinsiplərindən ən az biri haqqında anlayışa;
  • REST API’larla işləmə bacarığına;
  • Git, CI/CD pipeline təcrübəsinə;
  • Komanda ilə işləmə bacarığına;
  • AppStore'da ən az 1 tətbiqə;
  • Texniki İngilis dili biliklərinə sahib olan şəxsdir.

Əgər axtardığımız namizəd sizsinizsə portalda qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

https://careers.abb-bank.az/

İşəgötürənin reytinqi