İşin təsviri
                
                
                                
                Əsas vəzifə öhdəlikləri:
	- İnvestisiya layihələrinin təhlili üçün lazımi məlumatların toplanılmasının təmin edilməsi;
 
	- İnvestisiya layihələrinin modelləşdirilməsi və müəyyən edilmiş təhlillərin aparılması;
 
	- İnvestisiya layihələrinin nəticələri üzrə təqdimatların hazırlanması və rəhbərliyə təqdim edilməsi;
 
	- 3-cü tərəflərə lazımi hesabatların vaxtı-vaxtında təqdim edilməsi;
 
	- Rəhbərlik tərəfindən müəyyən edilən digər hesabatların hazırlanması, təhlil edilməsi və təqdimatın hazırlanması.
 
Tələb olunan bilik və bacarıqlar:
 
	- Beynəlxalq maliyyə hesabatı standartlarının hazırlanması üzrə biliklər;
 
	- CFA Level 1 və ya 2 sertifikatları (üstünlük hesab olunur);
 
	- Potensial investisiya imkanları üzrə maliyyə-iqtisadi vəziyyətin təhlilinin aparılması bacarığı;
 
	- Maliyyə modelləşdirilməsi üzrə biliklər;
 
	- Analitik və strateji düşüncə;
 
	- Problemləri həll etmə bacarığı.
 
Tələb olunan təhsil, iş təcrübəsi və dil bilikləri:
 
	- Təhsil : Ali ( İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə olunması ixtisasları üzrə);
 
	- İş təcrübəsi : Minimum 3 il (Bank sahəsində təcrübə üstünlük hesab olunur);
 
	- Dil bilikləri : Azərbaycan (səlis) və İngilis dilləri (səlis), Rus dili biliyi üstünlük hesab olunur.
 
İş şərtlərimiz:
	- İş qrafiki : Tam iş günü (5 gün);
 
	- İş saatları: 09:00-dən 18:00-dək;
 
	- İş yeri : STN Biznes Mərkəzi.
 
Biz nə təklif edirik:
	- Əmək bazarında rəqabətli əməkhaqqı;
 
	- İşçilərə qayğı proqramı;
 
	- Peşəkar komanda mühiti;
 
	- Nahar;
 
	- Şirkət hesabına korporativ nömrə;
 
	- Təlim və inkişaf imkanları;
 
	- Sağlamlıq sığortası;
 
	- Həyat sığortası (könüllü).
 
Göstərilən tələblərə cavab verən  namizədlərdən CV-lərini mövzu hissəsinə “Maliyyə Analitiki” yazaraq göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Email: [email protected]