Keyfiyyətə Nəzarət üzrə mütəxəssis

  • Araz Supermarket
  • Elanın qoyulma tarixi: 13.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil ;
  • Müvafiq sahə üzrə 1 il iş təcrübəsi;
  • MS Office proqramları (Word, Excel, PowerPoint, Outlook);
  • Kommunikasiya, planlama və təşkilatçılıq, yaradıcılıq və innovasiya, analitik düşüncə, nəticə yönümlülük, öyrənmə və dəqiqlik, komandanın idarə edilməsi, müştəri yönümlülük, konfliktlərin idarə edilməsi.

Vəzifə öhdəlikləri:

  • İstehsalata nəzarət planına uyğun olaraq nəzarəti həyata keçirmək;
  • Uyğunsuzluqlar haqqında hesabat hazırlamaq, tədbirlər müəyyən etmək və müəyyən olunmuş tədbirlərin icrasına nəzarət etmək;
  • Hazır məhsul, xammal və yarımfabrikatların fiziki-kimyəvi, mikrobioloji analizi üçün laboratoriyaya tədim etmək;
  • Məhsulların daşınma nəqliyyatlarına nəzarət edilməsi xammalların girişinə nəzarət edilməsi;
  • Anbarlara qəbul edilən qida və qeyri-qida məhsullarının giriş nəzarətini həyata keçirmək: nümunələr götürmək, keyfiyyətinin orqanoleptik yoxlamasını həyata keçirmək, laborator analizin aparılması üçün (plana uyğun) nümunələri akreditə olunmuş laboratoriyaya təqdim etmək;
  • Keyfiyyət və təhlükəsizlik planına uyğun anbarın yoxlanılmasını həyata keçirmək, müvafiq qeydləri aparmaq;
  • Məhsulların düzgün anbarlanmasına və müvafiq (məhsula dair standartın və istehsalçının tələblərinə uyğun) şəraitdə saxlanılmasına nəzarət etmək;
  • Yararsız məhsul aşkar edildikdə aktlaşdırmaq, bloka qoyulmasını təmin etmək və birbaşa rəhbərinə, aidiyyatı əməkdaşlara dərhal məlumat vermək;
  • Qəbul edilən məhsulların və onların markalanmasının müşayiət edici keyfiyyət sənədlərinə uyğunluğunu yoxlamaq;
  • Anbarların sanitar gigiyenik normalara uyğunluğunu yoxlamaq, temperatur, nisbi rütubət kontrolunu aparmaq.

Təminatlar:

  • Nahar ilə təmin edilmə;
  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
  • Növbəli iş qrafiki;
  • Servis xidməti.

Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Keyfiyyətə Nəzarət üzrə mütəxəssis” adını mövzu hissəsində qeyd etməklə CV formalarını [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi