Baş Mühasib

  • GSP Logistics
  • Elanın qoyulma tarixi: 09.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Mühasibatlığa dair məlumatları təhlil edərək rəhbərliyə maliyyə məruzələrini təqdim etmək; 
  • Hesabatlar üzrə məlumatların qeydiyyatını apararaq maliyyə əməliyatlarını sənədləşdirmək;
  • Mühasibatlıq üzrə fəaliyyət imkanlarını təhlil edərək uyğun məsləhətlər vermək;
  • Cari maliyyə vəziyyətini məruzə etmək məqsədiylə balans hesabatı, mənfəət və zərər hesabatı və s. hazırlamaq; 
  • Şirkətin FTP Məlumat bazasında və 1C proqramında mühasibatlığa dair gündəlik yenilənmiş qeydlər aparmaq, məlumat bazasının ehtiyat nüsxələnməsini apararaq maliyyə məlumatlarını qorumaq;
  • Təhvil verilmiş işlər üzrə hesab-faktura kəsmək və ödənişlərin vaxtlı-vaxtında edilməsindən əmin olmaq;
  • Şirkətin adına kəsilən hesab-fakturalar üzrə vaxtı-vaxtında ödənişlər etmək;
  • Öz icrasında olan tələbatların ehtiyaclarını proqnozlaşdırmaq; 
  • Proqnozlaşdırılan daxili satınalma və ya təchizat planlarında işin icrası zamanı meydana çıxan fərqləri araşdırmaq və şöbə müdirinə təqdim etmək;
  • Potensial təchizatçıların siyahısının hazırlanmasında iştirak etmək;
  • Şöbələrdən gələn satınalma və ya təchizat sorğu formalarını nəzərdən keçirmək.

Namizədlərdən tələblər:

  • Məruzə etmə bacarığı
  • Maliyyə hesabatları yığa bilmək bacarığı
  • İFRS-dən ümumi anlayış
  • Sənədlərlə işləmə
  • Dəqiqlik
  • Vaxtın idarə edilməsi
  • Detallara diqqət etmə
  • Son-tarixlərə riayət etmə
  • Maliyyə və mühasibatlıq üzrə Bakalavr dərəcəsi
  • ACCA F2 və F3 sertifikatı
  • Azərbaycan dilində səlis yazı və danışıq, rus dilində və ingilis dillərində iş əsaslı ünsiyyət bacarığı
  • Güclü riyazi biliklər
  •  INCOTERM bilmə
  • Logistika və gömrük işi üzrə ilkin biliklər
  • AR Vergi Məcəlləsi və əlaqədar normativ aktlardan xəbərdar olma
  • Adiyyatı iş üzrə (mühasibatlıq) minimal 2 il iş təcrübəsi

Vakansiyaya müraciət etmək istəyən şəxslər öz CV-lərini mövzu hisssəsində “GSP Logistics_ Baş Mühasibyazıb [email protected] e-mail ünvanına  göndərə bilərlər.

GSP Logistics tərəfindən digər vakansiyalar