Aparıcı Mühasib (Qubadlı)

  • Azersun Holding
  • Elanın qoyulma tarixi: 04.03.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə üzrə tələblər:

  • Mühasibatlıq və ya maliyyə ixtisası üzrə ali təhsil olmalı (magistr dərəcəsi olması arzuolunandır);
  • Mühasib kimi 2-3 il iş təcrübəsi olmalı;
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
  • MS Office, 1C, BTP, EVHF hesabatları yaxşı səviyyədə bilməli;
  • ERP proqramlarından hər hansı birinin mühasibatlıq-maliyyə modulu ilə çalışa bilməlidir.

İş təsviri:

  • Vergi, statistika və DSMF hesabatların hazırlanması;
  • Maliyyə, büdcə, maya dəyəri hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib edilməsi, düzgünlüyünün analizi və təqdim edilməsi;
  • Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesabında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi;
  • Maliyyə hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunun təşkil edilməsi.
  • Gündəlik balansın və dövriyyə məlumatlarının hazirlanması.

Əlavə məlumat:

İş yeri: Qubadlı rayonu. Yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır.

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi [email protected] elektron poçtuna göndərə bilər və ya hrazersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.

Email-in mövzu hissəsində “Aparıcı mühasib (Qubadlı)” qeyd etməyiniz xahiş olunur.

İşəgötürənin reytinqi