Satış təmsilçisi

  • T Project
  • Elanın qoyulma tarixi: 28.02.2022
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas vəzifələr:

  • Satış təmsilçisi şirkətin xidmətlərinin  satışını həyata keçirir, yeni satış kanallarını araşdırıb tapılmasını, və satış bazarının araşdırılmasını təşkil edir.
  • Müştərilərlə əlaqə yaradıb onlarla danışıq aparır və əlaqələr qurur.
  • Satış həcmlərini qeydə alır və rəhbərliyə hesabat verir.
  • Müştərilər haqqında məlumat toplayır  və onlarla əlaqə qurub əməkdaşlıq edir.
  • Digər şöbələrlə sıx əlaqə saxlayaraq öz vəzifələrini həyata keçirir və onlardan dəstək alır.
  • Satışın yüksəldilməsi və satış prosesin effektivləşdirilməsi ilə bağlı məsələlərdə fəal iştirak edir və öz təkliflərini rəhbərliyə bildirir.
  • Bazar, müştərilər, rəqiblər, onların yeni proyektləri və ideyaları haqqında müntəzəm olaraq informasiyaları toplayır, dəyərləndirir və təqdim edir.  
  • Şirkətin təbliğ olunması zəruri olan siyasətlərini müştəriyə layiqincə təbliğ edir və onların arzulanan şəkildə reallaşmasına təmin edir:  
  • Gündəlik fəaliyyəti ilə əlaqədar hesabatları vaxtlı-vaxtında təqdim edir.

Namizədlərə qarşı tələblər:

  • Ali təhsil;
  • Qida sahəsindən yetərincə biliyə malik olması:
  • Məhsulların müştərilərə təqdimatı və yeni əməkdaşlıqlara imza atmaq:
  • Satış sahəsində  ən azı 3  il iş təcrübəsi;
  • Müştəri bazası olan namizədlərə üstünlük verilir;
  • Azərbaycan və rus dillərinin sərbəst danışıq qabiliyyəti, 
  • İngilis dilinin bilməsi üstünlük kimi qiymətləndirilir;
  • Yüksək səviyyəli ünsiyyət bacarıqları;
  • Təqdimetmə bacarıqları;
  • Dünya görüşü və biliyə həvəs;
  • Komandada işləmək bacarığı;
  • Çeviklik və tez öyrənmə;
  • Stressə dözümlülük və gərgin qrafiklə işləmək bacarığı;

Üstünlüklərimiz:

  • Gənc və şən kollektiv;
  • Karyera qurulması imkanı;
  • Nahar şirkət tərəfindən təşkil olunur;
  • İşgüzar danışıqlar üçün telefon limiti;
  • Nəqliyyat xidmətləri şirkət tərəfindən təşkil olunur
  • 6 günlük iş rejimi.

 Əmək haqqı 500 azn + bonus  nəzərdə tutulub. Kandidatdan asılı olaraq müsahibə zamanı dəyişə bilər.

Xahiş edirik, məktubunuzun mövzu (Subject) hissəsində vakansiyanın adını qeyd edib CV-nizi e-mail ünvanına göndərəsiniz.